“Qarabağ” dünya klublarının reytinqindən kənarda qaldı, “İnter” 430-cu oldu

01.08.2012 | 5388 dəfə oxunub


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, buna qədər siyahıda yeganə təmsilçimiz olan “Qarabağ” reytinqdən kənarda qalıb. Azərbaycan klublarından siyahıya yalnız “İnter”in adı düşüb. Avroliqada ikinci mərhələdə mübarizəni dayandıran “bankirlər” ötən ayla müqayisədə 775 pillə irəliləyərək, 1205-ci yerdən 430-cu pilləyə yüksəlib. Hazırda “İnter”in hesabında 60,5 reytinq balı var.

İlk pilləyə əvvəlki kimi “Barselona” başçılıq edir. Çilinin “Universidad de Çili” klubu ikinci, Madrid “Real”ı isə üçüncü pillədədir. “İlk 10-luq”da həmçinin “Bavariya” (Almaniya), “Atletiko” (İspaniya), “Boka Xuniors” (Argentina), “Çelsi” (İngiltərə), “Asunsion” (Paraqvay), “Korintians” (Braziliya) “Veles Sarsfild” (Argentina) klubları qərarlaşıblar.

Türkiyə klublarından “Trabzonspor” 88-ci, “Fənərbaxça” 104-cü, “Bursaspor” 126-cı, “Əskişəhirspor” 157-ci, “Qalatasaray” 174-cü, “Sivasspor” 342-ci, “Karabükspor” isə 405-ci pillədə qərarlaşıb.

Bu gün Çempionlar Liqasında “Neftçi” ilə qarşılaşacaq “Hapoel” (Kiryat-Şimon, İsrail) 362-ci, “İnter”i Avroliqadan kənarlaşdıran Yunanıstan “Asteras”ı 261-ci, “Neftçi”nin Çempionlar Liqasından kənarlaşdırdığı “Zestafoni” isə 224-cü pilləyə sahib çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail