Sabiq “Simurq”luların ardıcıl ikinci məğlubiyyəti

01.08.2012 | 4976 dəfə oxunub


Rusiya çempionatının birinci divizionunda dördüncü turun oyunları keçirilib. Stadium.az xəbər verir ki, sabiq “Simurq”luların üzvü olduğu “Sibir” ardıcıl ikinci məğlubiyyətini alıb. Səfərdə “Petrotrest”in qonağı olan “Sibir” rəqibinə 2:3 hesabı ilə uduzub. Xatırladaq ki, “Sibir”in baş məşqçisi ötən mövsüm “Simurq”u çalışdıran Sergey Yurandır. Həmçinin ötən mövsüm Zaqatala klubunun uğurları üçün tər tökən Vidas Alunderis və Robertas Poşkus da bu klubun şərəfini qoruyur. Son matçda Alunderis meydana start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib. Poşkus isə 58-ci dəqiqədə Şevçenkonun əvəzinə meydana daxil olub. Qeyd edək ki, “Sibir” ötən turda da “Tom”a 0:2 hesabı ilə uduzub. 4 turdan sonra aktivində 4 xal olan Yuranın komandası 17 klub arasında 12-ci pillədə qərarlaşıb.  

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail