London-2012: Daha bir medal ümidimiz puç oldu YENİLƏNİB

01.08.2012 | 7902 dəfə oxunub




Olimpiadanın qılıncoynatma növündə yeganə təmsilçimiz Səbinə Mikina püşkün nəticəsinə əsasən mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Stadium.az xəbər verir ki, sablya növündə qüvvəsini sınayan həmyerlimiz ilk görüşündə almaniyalı Aleksandra Bujdosa ilə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayıb.İlk hissədən sonra 2:8 hesabı ilə geridə olmasına baxmyaraq, sonradan toparlanan idmançımız böyük əzmkarlıq göstərərək qələbə qazanıb. İkinci hissədə 13:5 hesabı ilə üstün olan idmançımız yekun nəticədə 15:13 hesabı ilə üstün olub. Bununla da Mikina 1/8 finala yüksəlib. İdmançımız bu mərhələdə ukraynalı Olqa Xarlanla qarşılaşacaq. Ukraynalı sablyaçı ilk mərhələdə bolqar Margarita Tschomakovanıdan güclü olub - 15:8. Mikina ukraynalı idmançı ilə Bakı vaxtı ilə saat 18:45-də qarşılaşıb. Təəssüf ki, idmançımız ukraynalı idmançıyla bacarmayıb. İlk yarıdan sonra 2:8 hesabı ilə geridə olan Mikina kiçik fasilədən sonra fəallaşaraq, ikinci yarıda 8:7 hesablı qələbə qazansa da, bu, ümumi qələbə üçün kifayət etməyib. Yekun nəticədə 10:15 hesabı ilə məğlub olan Mikina mübarizəni dayandırıb.  





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail