London-2012: Əfqan Bayramovdan fiasko, Sərdar Həsənov 8-ci oldu YENİLƏNİB

01.08.2012 | 16427 dəfə oxunub

Bu gün Azərbaycanın ağırlıqqaldırma üzrə yığmasının daha iki üzvü London olimpiadasında qüvvəsini sınayacaq. Stadium.az xəbər verir ki, hər iki idmançımız - Sərdar Həsənov və Əfqan Bayramov 69 kq-da mübarizə aparacaq. Qeyd edək ki, Sərdar Həsənov “B”, Əfqan Bayramov isə “A” qrupunda yarışacaq.

Qeyd edək ki, ağırlıqqaldırma yığmamızın üzvlərindən artıq ikisi London Olimpiadasında qüvvəsini sınayıb. Valentin Xristov (56 kq) bürünc medal qazanaraq, yığmamızın ilk uğuruna imza atıb. Boyanka Kostova (58 kq) isə turniri 5-ci pillədə başa vurub.

*** 

Bir qədər sonra Sərdar Həsənov podiuma çıxacaq. İdmançımız birdən qaldırmada 135, təkanla qaldırmada isə 165 kq sifariş edib. İdmançımızın rəqibləri Türkiyə, Böyük Britaniya, Tailand, Kolumbiya, Böyük Britaniya, Özbəkistan, Hindistan, Venesuella, KXDR və Türkmənistan idmançılarıdır. 

İdmançımızın ilk cəhdi uğurlu alındı. Sərdar 138 kq-ın öhdəsindən uğurla gəldi. Həmyerlimiz hələlik birinci pillədədir.  

Sərdarın ikinci cəhdi də uğurlu alındı. Həsənov bu dəfə 145 kq-ın öhdəsindən uğurla gəldi.   

İdmançımızın üçüncü cəhdi uğursuz alındı. Sərdar 150 kq-ın öhdəsindən gələ bilmədi. 

İdmançılar birdən qaldırma mərhələsini başa vurdular. Sərdar Həsənov KXDR-dan olan Kim Myong Hyok və türkmənistanlı Daniyar İsmayılovla birgə 145 kq çəki qaldırıb və 2-4-cü yerləri bölüşdürür. Venesuellalı Rivero Sançes isə 148 kq-la zirvədədir.  

Təkanla qaldırmada idmançımız ilk cəhddə 167 kq-ın öhdəsindən gəldi. Hazırda ümumi nəticədə 312 kq qaldıran idmançımız birinci yerdə qərarlaşıb. Türkmənistan idmançısı hələlik ikinci (310 kq), hindistanlı atlet (303 kq) isə üçüncüdür. 

İdmançımız ikinci cəhddə 176 kq-ın öhdəsindən gəldi. Hazırda aktivində 321 kq olan Sərdar zirvədə qərarlaşıb.

Atletimizin üçüncü cəhdi uğursuz alındı. Həsənov 181 kq-ın öhdəsindən gələ bilmədi. Ümumi nəticədə Sərdar yarışı 321 kq-la başa vurdu. Birdən qaldırmada 145 kq-ın, təkanla qaldırmada isə 176 kq-ın öhdəsindən gələn idmançımız yekunda qrup mərhələsini üçüncü pillədə başa vurdu. Tailand idmançısı Kim Myong Hyok 329 kq-la birinci, venesuellalı Sançez Rivero isə 328 kq-la ikinci olub.   

***

İkinci idmançımız Əfqan Bayramovun isə qrupda 13 rəqibi var. İdmançımız rumıniyalı Razvan Konstatin Martin, albaniyalılar - Briken Calja və Daniel Godelli, cənubi koreyalı Von Jeongsik, indoneziyalılar – Triyatno Triyatno və Deni Deni, KXDR-dən olan Kim Kum Sok, türkiyəli Mete Binay, çinli Lin Qingfeng, fransızlar - Vencelas Dabaya Tientcheu və Bernandin Matam Kingue, misirli Mohamed Abdel Bakı, erməni Arakel Mırzoyanla mübarizə aparacaq.  

Artıq Əfqanın sifariş etdiyi çəkilər bəllidir. İdmançımız birdən qaldırmada 140, təkanla qaldırmada isə 175 kq sifariş edib. 

Əfqan hələlik podiuma çıxmasa da, onun 1 rəqibi - fransalı Dabaya Tientcheu artıq mübarizəni dayandırıb. Fransız idmançı birdən qaldırmada hər 3 cəhdini boşa verdiyindən avtomatik mübarizəni dayhandırıb. 

Əfqanın ilk cəhdi uğursuz alındı. Təmsilçimiz 142 kq-ın öhdəsindən gələ bilmədi. 

Təəssüflər olsun ki, Əfqan nə ikinci, nə də üçüncü cəhddə 142 kq-ın öhdəsindən gələ bildi. Belədə idmançımız yarışı vaxtından əvvəl başa vurdu. 

Artıq "A" qrupunda yarışan idmançılar ilk mərhələni - birdən qaldırmanı başa vurublar. Əfqan kimi fransızlar - Vencelas Dabaya Tientcheu və Bernandin Matam Kingue, eləcə də alban Daniel Godelli mübarizəni erkən başa vurdular.  

Birdən qaldırmada ən yaxşı nəticəni çinli Lin Qinfeng göstərib. O 157 kq-ın öhdəsindən gəlib. Rumın Razvan Konstatin Martin 152, türkiyəli Mete Binay isə 150 kq-ın öhdəsindən gəlib. Qeyd edək ki, "A" qrupunda yarışan idmançılardan heç biri belə nəyicə göstərə bilməmişdi. Bu isə o deməkdir ki, "B" qrupunda mübarizəni üçüncü tamamlayan Sərdar Həsənovun medal qazanmaq şansı demək olar ki, yox dərəcəsindədir.  

Mübarizə başa çatmasa da, Sərdar Həsənovun medal qazanmayacağı artıq dəqiqdir. Belə ki, idmançımız bu dəqiqəyə olan nəticələrə görə altıncıdır. 

Yarış artıq başa çatdı. Çinli Lin Qinfgenq ümumi nəticədə 344 kq-la qızıl, indoneziyalı Triyatno Triyatno 333 kq-la gümüş, rumın Razvan Konstatin Martin isə 332 kq-la bürünc medal qazanıb. Sərdar Həsənov isə yarışı 8-ci pillədə başa vurub. Türkiyə millisinin üzvlərindən Binay Mete 325 kq-ın öhdəsindən gələrək altıncı, Sezer Bünyami isə 18-ci olub. Ermənistanı təmsil edən Mırzoyan təkanla qaldırmada heç bir nəticə göstərə bilməyərək, mübarizəni erkən dayandırıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail