London-2012: Ramilə Yusubova da mübarizəni dayandırdı YENİLƏNİB

31.07.2012 | 9572 dəfə oxunub



Bu gün London Yay Olimpiadasında Azərbaycanın cüdo yığmasının daha iki üzvü mübarizə aparacaq. Stadium.az xəbər verir ki, olimpiada medalı uğrunda Elnur Məmmədli (81 kq) və Ramilə Yusubova (63 kq) mübarizə aparacaq.

Pekində Olimpiya çempionu olan Elnur Məmmədli indi bu uğurunu növbəti dəfə təkrarlamalı idir. Həmyerlimiz mübarizəyə 1/32 finaldan başlayıb. Onun ilk rəqibi isə Kanada cüdoçusu Antuan Valua-Fortedi.

Elnur ilk "sədd"i uğurla aşa bilmədi. Olduqca çətin keçən görüşdə idmançılar xal qazana bilmədilər. Yekunda isə hakimlər qələbəni rəqibə verdilər. Təəssüf. Olimpiya çempionumuz, bayraqdarımız turnirlə elə startdaca - 1/32 final mərhələsində vidalaşdı. 

Ramilə Yusubova isə mübarizəyə 1/16 finaldan başlayıb. Onun ilk rəqibi Türkmənistan idmançısı Gülnar Xaıtbayevadı.İdmançımız yarışa uğurla start verdi. Ramilə 1 vazari və 1 yuka xalı ilə qələbə qazandı. Növbəti mərhələdə çüdoçumuz Cənubi Koreyadan olan Da-Voon Joungla qarşılaşacaq. Artıq həmin döyüşün vaxtı bəllidir. Ramilə koreyalı cüdoçunu Bakı vaxtı ilə 15:08-də sənağa çəkəcək. 

Təəssüf ki, Ramilə də mübarizəni dayandırdı. Koreyalı idmançı ipponla qalib gəldi.

Qeyd edək ki, bu idmançılarımızdan öncə Olimpiadada artıq dörd cüdoçumuz öz çıxışını başa vurub. 60 kq-da İlqar Muşkiyev və Kifayət Qasımova (57 kq) elə ilk döyüşündəcə uduzaraq, olimpiada ilə erkən vidalaşıb. Rüstəm Orucov (73 kq) 1/8 finalda uduzub, Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail