London-2012: Kostova beşinci oldu YENİLƏNİB

30.07.2012 | 6353 dəfə oxunub


Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova (58 kq) London Olimpiadasında A qrupunda yarışıb. Stadium.az xəbər verir ki, bolqar əsilli atletimizin mübarizə aparacağı qrupun üzvləri podiuma Bakı vaxtı ilə saat 19:30-dan çıxmağa başlayıb.

19 yaşlı idmançımızın A qrupunda 10 rəqibi var ki, onlar arasında da Nastasiya Novikova (Belarus), Hsinq-Çun Kuo (Tayvan), Pimsiri Sirikaev (Tailand) və Çun Mi Yonq (Şimali Koreya) kimi güclü atletlər var.

Qeyd edək ki, Kostova 2009-cu ildə yeniyetmələr arasında dünya çempionu (Tailand), 2010-cu ildə Avropa çempionatının gümüş mükafatçısı (Belarus), həmin ildə Yeniyetmələrin ilk Olimpiya Oyunlarının qalibi (Sinqapur), 2012-ci ildə Avropa çempionu (Türkiyə) və 2011-ci ildə Azərbaycan çempionu adına yiyələnib.

Xatırladaq ki, dünən Valentin Xristov bürünc medal qazanıb.

***

İdmançımız yarışa uğurla start verib. Əvvəlcədən birdən qaldırmada 95 kq sifariş edən idmançımız sonradan fikirini dəyişib və gücünü 100 kq-da sınamaq qərarına gəlib və atletimizin ilk cəhdi uğurlu alınıb.

İdmançımızın ikinci cəhdi də uğurlu alındı. Kostova bu dəfə 103 kq-nın öhdəsindən gəldi.

Kostova üçüncü cəhddə 105 kq-nın öhdəsindən gəldi.

Təkanla qaldırmada idmançımız 128 kq-ın öhdəsindən gəlib. Yekunda 233 kq Kostovanın yalnız beşinci yeri tutumasına imkan verib.

Çinli Li Xueyinq birdən qaldırmada 108, təkanla qaldırmada isə 138 kq-ın öhdəsindən gəlib. Bu isə hər iki halda olimpiya rekordudur. Cəmdə 246 kq-la çinli idmançı qızıl, 236 kq-la Tailand atlet Pimsin Sirikaev gümüş, ukraynalı Yuliya Kalinkova 235 kq-la bürünc medal qazanıb. Daha bir tailand idmançısı Rattikan Gulnoi isə cəmdə 234 kq qaldıraraq, dördüncü olub.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail