London-2012: Daha iki cüdoçumuz medala həsrət qaldı YENİLƏNİB

30.07.2012 | 20054 dəfə oxunub



XXX Yay Olimpiya Oyunlarının III yarış günüdə cüdo proqramında daha 2 çəkinin qalibi müəyyənləşəcək. Stadium.az xəbər verir ki, Azərbaycan millisi 73 kq çəki dərəcəsində Rüstəm Orucov, 57 kq çəki dərəcəsində Kifayət Qasımova ilə təmsil olunub.

Qadınlar

57 kq

Püşk Kifayət Qasımovanı ilk mərhələdən azad etdiyindən təmsiçimiz mübarizəyə 1/8 finaldan başlayıb. O, saat 13:30-da start götürən yarışda Kaori Matsumoto (Yaponiya) - Vesna Cukiç (Sloveniya) cütünün qalibi ilə qüvvəsini sınayıb. Kaori Matsumota sloveniyalı idmançı üzərində 1 vazari və 1 yuka xalları ilə qələbə qazanmaqla Kifayətə rəqib olub. Təmsilçimizin yaponiyalı idmançıya qarşı keçirəcəyi görüş saat 15:01-də start götürüb. Təəssüf ki, Kifayət Qasımova yaponiyalı idmançı ilə bacarmadı. Rəqib 1 vazari xalı ilə həmyerlimizi üstələyib. 

Kişilər

73 kq

Pekin Olimpiadasında Elnur Məmmədlinin Olimpiya çempionu olduğu çəkidə Azərbaycanı təmsil edən Rüstəm Orucov 1/16 finalda Qideon Van Zillə (CAR) münasibətinə aydınlıq gətirib. Görüş Bakı vaxtı ilə saat 14:40-da start götürüb. Rüstəm Orucov turnirə uğurla start verib. Təmsilçimiz afrikalı idmançı üzərində qələbə qazanıb. Görüşün gedişində hesabda geridə olmasına baxmayaraq, sona 27 saniyə qalmış təmsilçimiz ipponla qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. Orucov növbəti mərhələdə Rusiyanı təmsil edən Mansur İsaevlə qarşılaşıb. Təəssüf ki, ötən dəfə ipponla qalib gələn həmyerlimiz bu dəfə özü ippona düşüb. 

Qeyd edək ki, Böyük Britaniya paytaxtına 8 cüdoçu ilə yollanan millimizin heyətində İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) Olimpiadanı medalsız başa vurub.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail