Zeynal Məmmədov: “Mantzios 2 şərtimizi qəbul etsə, onunla müqavilə imzalayacağıq”

28.07.2012 | 5275 dəfə oxunub


“Bakı” klubu yunan hücumçu Vangelis Mantziosla danışıqlar apardığını təsdiqləyib. Bu haqda Stadium.az-a “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov açıqlama verib. Zeynal bəy bildirib ki, hazırda danışıqlar prosesi davam edir: “Bəli, Mantziosla maraqlanırıq, həqiqətən də onunla danışıqlar aparırıq. Lakin hələlik razılıq əldə olunmayıb. Yunan futbolçu irəli sürdüyümüz 2 şərti də qəbul etsə, o zaman müqavilə imzalayacağıq. Lakin danışıqlar prosesi davam etdiyindən həmin şərtləri açıqlamaq istəməzdim”.

Yunanıstan mətbuatı Mantziosun müqavilə şərtləri barədə açıqlama yayıb, konkret rəqəmlər göstərsə də, “Bakı” rəsmisi deyilənləri təkzib edib: “Rəqəmlər haqda yayılan məlumatlar həqiqəti əks etdirmir. Dediyim ki, hələ tam razılığa gəlməmişik, müzakirələr gedir. Yəqin ki, qarşıdakı günlərdə məsələ tam dəqiqləşəcək”.     

Qeyd edək ki, yunan hücumçu 1983-cü il, aprelin 22-də anadan olub. Ubacoy forvard (191 sm) peşəkar karyerasına 2001-ci ildə “Panionis”in heyətində başlayıb. 5 il burada çıxış etdikdən sonra (70 oyun, 15 qol) ölkəsinin məşhur “Panatinaikos” klubuna transfer olunub. “Panatinaikos”da oynadığı illər ərzində 68 matça çıxıb, 19 qol vuran futbolçu ayrı-ayrı vaxtlarda 3 dəfə də icarəyə verilib. O “Ayntraxt” (10 oyun, 1 qol), “Anortosis” (14 oyun, 9 qol) və “Maritimu” (1 oyun) klublarının formasını geydikdən sonra ötən il Serbiyanın “OFİ” klubu ilə müqavilə imzalayıb. Bu klubun heyətində meydana çıxdığı 22 görüşdə 7 dəfə fərqlənən Mantzios 2005-ci ildən dəvət aldığı Yunanıstan millisinin heyətində 7 dəfə forma geymək şansı qazanıb.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail