Şəkidə "Live Your Goals" festivalı

28.07.2012 | 5248 dəfə oxunub


Qadın futbolunun inkişafı məqsədilə FIFA-nın bayrağı altında növbəti "Live Your Goals" (Öz məqsədini yaşat) festivalı Şəki şəhər stadionunda keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, tədbirdə müxtəlif təşkilatların, dövlət qurumlarının, futbol ictimaiyyətinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak edib. Festivaldan öncə mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında Şəki Şəhər İcra Hakimiyyətinin İctimai Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Sadiq Yusifov, 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Aslan Kərimov, U-17 qızlar yığmasının üzvləri Şahnaz Məmmədova və Gülsüm Cəfərova, həmçinin müğənni Azad Şabanov iştirak ediblər.

Mətbuat konfransı başa çatdıqdan sonra tamaşaçıların alqış sədaları altında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı Top-top Qız rəqs edərək stadiona daxil olub. Festivalda populyar müğənni, Yeni Ulduz müsabiqəsinin iştirakçısı və gənclərin dostu Azad Şabanov çıxış edib. Azad ifasını milli yığmamıza dəstəyin bir əlaməti kimi qiymətləndirib və bu dəstəyi çempionat zamanı stadionda davam edəcəyini bildirib.

Festival zamanı futbola maraq göstərən qızlar üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məşqçiləri tərəfindən ustad dərsləri keçirilib. “Live Your Goals” çərçivəsində azarkeşlər arasında futbolla bağlı müsabiqə keçirilib və sualları düzgün cavablandıranlara hədiyyələr təqdim olunub.

Tədbirin sonunda tamaşaçılar dünya çempionatının maskotu Top-top Qızla şəkil çəkdirmək imkanı əldə ediblər.

Xatırladaq ki, bu, sayca dördüncü «Live Your Goals» festivalıdır. İlk dəfə bu ilin mart ayında AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da keçirilmiş festival daha sonra – apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında isə Quba Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail