“Azərbaycan çempionatında “İnter”lə yanaşı, “Neftçi”, “Xəzər Lənkəran” kimi güclü komandalar mübarizə aparır”

27.07.2012 | 5199 dəfə oxunub


Gələn həftə Azərbaycana gələrək, “Simurq”la rəsmi müqavilə imzalayacaq bosniyalı Dilaver Zrnanoviç Zaqatala klubunun rəsmi internet saytına müsahibı verib.

 

- Əvvəlcə “Simurq”a xoş gəldin deyirik. İlk təəssüratların necədir?

- Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Gələn həftə Bakıya gələcəm və rəsmi müqavilə imza atacam. Çalışacam ki, ilk forma geydiyim gündən mövsümün sonuna qədər yaxşı oyunumla komandamızın turnir cədvəlində yüksəlməsinə kömək edim.

- Yeni komandan haqqında nə deyə bilərsən?

- Komandamız hazırda yeni mövsümə hazırlıqlar görür. Hazırda heyətimizə yeni oyunçular qoşulur. Stepan Poljak kimi futbolçu da artıq bizimlədir. Fikrimcə, bir neçə nəfər də heyətə əlavə ediləcək. Bizə bir az vaxt lazımdır ki, birlikdə oynayaq. Bir-birimizi həm həyatda, həm də meydanda tanıyaq. Əla kollektivimiz var. Komanda rəhbərliyi yaxşı təlim-məşq toplanışı təşkil edib. Əla məşqçimiz var. Gözəl meydanlarçalarda məşq edirik. Ancaq təbii ki, ən vacibi qarşıdakı mövsüm və ilk oynumuzdur.

 - Azərbaycan futbolu haqqında hansısa informasiyaya maliksən?

- Karyeram ərzində yalnız bir dəfə Azərbaycan klubuna qarşı oynamışam. Moskvada keçirilən “Birlik Kubokun”da “İnter”lə matçda forma geyinmişdim. Həmin vaxt indiki “Partizan” Minskdə oynayırdım. Ondan sonra bir neçə klublar haqqında eşitmişdim. Bilirəm ki, Azərbaycan çempionatında “İnter”lə yanaşı, “Neftçi”, “Xəzər Lənkəran” kimi güclü komandalar mübarizə aparır. Ancaq bu futboldur. Hər kəs öz oyununu göstərməyə çalışır. Matçlarda bütün gücünlə meydanda mübarizə aparmalısan ki, qalib gələsən.

- Yeni mövsümdə ilk rəqibimiz “Qəbələ”dir. Bu oyun haqqında nə düşünürsən?

- Artıq iki həftədir ki, “Simurq”la birlikdə məşq edirəm. Təbii ki, komandanın bir üzvü kimi yavaş-yavaş rəqiblərimiz haqqında məlumat toplamağa çalışıram. Burda eşitdiklərimə görə “Qəbələ” də güclü rəqibdir. Bir neçə təcrübəli futbolçuları var. Ancaq gözləyək, görək necə olacaq. Qarşıdakı oyunlara yaxşı hazırlaşmalıyıq. Qarşılaşmalara kökləndikdən sonra rəqibin kim olmasından asılı olmayaraq qorxmağa ehtiyac qalmır. Bizim komandamız hazırda heyətin formalaşdırıb qurtarmaq üzrədir. Təcrübəli futbolçularla yanaşı gənc istedadlı üzvlərimiz var. Fikrimcə hər şey qaydasında gedir.

- Komandamızın Avstriyada təlim-məşq toplanışı necə keçir?

- Toplanış başlayan vaxtdan komandanın düşərgəsinə qoşulmuşam. Gündə iki dəfə olmaqla məşqlərə çıxırıq. Artıq üç yoldaşlıq görüşündə gücümüzü yoxlamışıq. Bu gün də sonuncu yoldaşlıq oyununa çıxacağıq. Komandanın düşərgəsinə hər gün baxışa yeni futbolçular gəlirdi. Hazırda heyətin formalaşdırılmasına çalışılır. Düşünürəm ki, bu, komandanın daha yaxşı olması üçün vaxt lazımdır. Toplanışda bircə problemimiz yağışlar idi. Bu səbəbdən meydançalarda məşq etmək çox ağır olurdu. Xüsusən ilk günlər daha çox taktiki və fiziki hazırlıqlı təlimlərə çıxırdıq. Qalan hər şey qaydasındadır. Təlim-məşq toplanışımız professional şəkildə təşkil olunub.       

- Bu mövsüm “Simurq”un azərkeşləri səndən necə oyun gözləsinlər?

- Onlara söz verə bilərəm ki, forma geydiyim bütün qarşılaşmalarda komandamızın qələbəsi üçün əlimdən gələni etməyə çalışacam. Sona qədər mübarizə aparacam. Fikrimcə, biz komanda olaraq yaxşı oyunumuzla azerkeşlərimizi tribunalara səsləməliyik. Mən də meydanın onlarla dolu olmasını çox xoşlayıram. İnanıram ki, gözəl oyunlarla qələbələr əldə edəcəyik və bu sevinci azərkeşlərimizlə yaşayacayıq.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail