Sakis Tsiolis: “İnter” kimi komandanı məğlub etmək çox xoşdur”

27.07.2012 | 5130 dəfə oxunub


Avroliqanın ikinci təsnifat mərhələsində “İnter”o penaltilərlə mübarizədən kənarlaşdıran Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis Yunanıstan mətbuatına müsahibə verib.


- Oyunu necə dəyərləndirərdiniz?

- Bu gün bizim üçün tarixi bir gün oldu. Oyun çox çətin keçdi.  İlk hissə bir qədər əsəbi temdə başladı. Yaxşı ki, tezliklə həmin vəziyyətdən çıxa bildik. Futbolçularımın nizam-intizamlı oyunu buna imkan verdi.  İkinci hissədə isə daha yaxşı oynamağa və daha çox qol epizodları əldə etməyə başladıq.  Nəticədə qol da vurduq.  Təəssüf ki, son dəqiqələrdə müdafiədə ani diqqətsizliyə yol verib qapımızda qol gördük.  Lakin oyunun sonrakı gedişində səhvə yol vermədik və oyunsonrası penaltilərlə qələbə qazanaraq, növbəti mərhələyə keçdik.  “İnter”  çox yaxşı komandadır. Çox xoşdur ki, bu cür güclü komandanı məğlubiyyətə uğratmağı bacardıq. Bu komandaya bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram.

- Qolu yenə hava mübarizəsi zamanı buraxdıq. Buna münasibətiniz?

- Futbolda buraxdığın səhvin qarşılığını mütləq ödəməlisən. Bizdə də bu gün belə oldu. Rəqibimiz hava toplarında yaxşı oynayırdı və gərək bu mənada diqqətli olardıq. Ola bilmədik, nəticədə qapımızda qol gördük.

- Azarkeşlərinizə nə deyərdiniz?

- Bu, bizim hamımızın qələbəsidir. Azarkeşlərimiz bizi gözəl dəstəklədilər və bunun üçün onlara öz minnətdarlığımı bildirirəm.  Onlar da ən azı bizim qədər əsəb, həyəcan və stress keçirdilər. Ümumiyyətlə, “İnter”lə oyunu “final-triller”  adlandırardım. Rayonu topun başına göndərəndə onun ən doğru seçim olduğuna əmin idim.

- Bundan sonrası üçün nə düşünürsünüz?

- Komandamız son mövsüm Yunanıstan çempionatında 6-cı pilləni tutdu, ölkə kubokunda isə final oynadı. Bizdə uğur qazanacağımıza inam var idi. 35 gündən çox bir müddətdə bu oyuna hazırlaşmışdıq. Son iki gündə bir daha “İnter”in oyunlarının kasetinə baxdım və rəqibi bir daha dərindən təhlil etdim. Hətta penaltilər üzərində də işləmişdik. Oyundan qabaq isə futbolçularıma bildirmişdim ki, elə təsəvvür edin, sanki müharibəyə çıxırıq. Bir sözlə, özümüzə və qələbəmizə inanırdıq. Bu mərhələni keçdik və bizi “Martitimo” ilə iki ağır oyun gözləyir. İnanıram ki, rəqibə layiqincə müqavimət göstərə biləcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail