Fabio Kapello: "Gələcəkdə Rusiya millisində italiyanəsilli futbolçular çıxış edəcək" YENİLƏNİB

26.07.2012 | 4864 dəfə oxunub



Fabio Kapello bu gün Rusiya milli komandası ilə müqavilə imzalamalıdır. Stadium.az xəbər verir ki, italiyalı mütəxəssisin təqdimetmə mərasimi RİA İnformasiya Agentlitində keçiriləcək. Mərasimin saat Bakı vaxtı ilə 14:00-da başlayacağı nəzərtə tutulmuşdu. Lakin Rusiya mətbuatının yaydığı məlumata görə, nəzərdə tutulan vaxtdan 40 dəqiqə keçsə də, Kapello hələ də informasiya mərkəzinə gəlib çıxmayıb.

Qeyd edək ki, Kapellonun təqdimetmə mərsiminə böyük maraq var. Tədbiri işıqlandırmaq üçün London və Romadan da jurnalistləri Rusiya paytaxtına təşrif buyurublar. Yerli KİV də mərasimə böyük maraq göstərir. “Sports.ru” saytı “Kapellonun təqdimetmə mərasiminə xeyli jurnalist toplaşıb. Buradakı mətbuat nümayəndələrinin sayı Vladimit Putinin mətbuat konfransında iştirak edənlərin sayından heç də az deyil” - deyə, vurğulayıb.

Kapellonun gecikməsi rusiyalı həmkarlarımızın narahatlığına səbəb olub. Belə ki, Kapello ilə imzalanacaq müqavilənin şərtlərini yerinə yetirəcək investorun tapılmaması rusiyalı jurnalistlərin gözünü qorxudub. 

***

Bakı vaxtı ilə 14:50-də Kapello zala daxil oldu. İtaliyalı mütəxəssis düz 50 dəqiqə gecikdi. 

***

Tədbirdə Rusiya Futbol İttifaqının hazırladığı bukletlər jurnalistlərə paylanıb. Orada qeyd olunub ki, Kapello artıq Rusiya millisi ilə 2 illik müqavilə imzalayıb. Qeyd edək ki, tədbirdə 300 jurnalist iştirak edir. 

*** 

Kapello təqdimetmə mərasimində ancaq italyanca danışacaq. 

***

İlk olaraq Rusiya Futbol İttifaqının nümayəndəsi Denis Roqaçov söz aldı. O qeyd edib ki, RFİ-nin prezidenti seçilməyə 7 namizəd var: Aminov, Beletski, Lebedev, Lovçev, Pryadkin, Tolstıx, Tumayev. Seçki Moskvadakı “Monarx” otelində keçiriləcək. Seçki prosesi 3 mərhələdə baş tutacaq.

***

Daha sonra söz RFİ-nın prezident vəzisənini müvəqqəti icra edən Nikita Simonyana verilib. O deyib: "Fabio Kapellonu təqdim etməyə ehtiyac yoxdur. Onu 2 sözlə belə ifadə edə bilərəm - harada işləməsindən, İspaniya, İngiltərə və ya İtaliyada - asılı olmayaraq onun 1 kredosu var - qələbə, qələbə, qələbə. Cənab Kapello Rusiya millisini çalışdıran əvvəlki həmkarlarından fərqli olaraq, Rusiyada yaşayacaq. 

*** 

Ardınca söz Kapelloya verildi. Fabionu dinləyək: "Bürokratik anlar hər zaman çətin olur. Gecikdiyimə və sizləri gözlətdiyimə görə üzr istəyirəm. Mən gecikməyə öyrəşməmişəm. Amma bu dəfə istəmədən belə alındı. Rusiya millisi kimi güclü komandanı çalışdıracağıma görə fəxr edirəm. Mən Rusiyada yaşayacağam. Çünki ölkəni tanımaq və onun futboluna daha yaxşı bələd olmaq üçün mütləq orada yaşamalısan. Gənclər millisinin məşqçiləri ilə tez-tez ünsiyyətdə olacağam. Rusiyanın aşağı yaş qrupları üzrə milliləri də mənim nəzarətimdə olacaq".  

***

Fabio Kapello: "Mən 2 illik müaviləyə imza atmışam. Yeni işimdə mənə 5 həmyerlim və 2 yerli mütəxəssis kömək edəcək. Əsas məqsədimiz qarşıdakı dünya çempionatına yaxşı hazırlaşmaqdır. Hər həftə gördüyüm işlərlə bağlı hesabat hazırlayacağam. Azarkeşlərin komandanı sevməsi çox önəmlidir. 

***

Fabio Kapello: "Rusiya Premyer Liqası ilə yanaşı, birinci divizionun, hətta lazım gəlsə ikinci liqanın da oyunlarını da canlı izləyəcəyəm". 

***

Nikita Simonyan: "RFİ Kapellonun işinə müdaxilə etməyəcək. O istədiyi qərarları qəbul etməkdə sərbəstdir"

***

Fabio Kapello: "Qarşımda duran ilk vəzifə Rusiya millisini dünya çempionatının final mərhələsinə yüksəltməkdir"

***

Fabio Kapello: “Bu, Moskvaya 7-ci səfərimdir. İlk dəfə 1975-ci ildə burda olmuşam. Amma zədələndiyimə görə ilk səfərim heç də xoş təəssürat yaratmamışdı. Əlbəttə ki, bu bir zarafatdır. Moskva çox gözəl və maraqlı şəhərdir. Həyat yoldaşım da mənimlə birgə Moskvada yaşayacaq. Amma övladlarım artıq ailə qurublar. Bu səbəbdən də onların burada yaşamaları qeyri-mümkündür”.

***

Yerli jurnalistlərdən birinin “Moskvaya ötən səfəriniz “Anji” ilə danışıqlar aparmaq üçün baş tutmuşdumu” sualını Kapello belə cavablandırıb: “Mən ötən ilin sonunda həqiqətən də Moskvada olmuşam. Məni bura dəvət etmişdilər. Amma kimin, nə üçün dəvət etməsi barədə danışmaq istəmirəm. Mən “Böyük teatr”da oldum, oranı çox bəyəndim. Yenidən orada olmağı arzu edirəm”.

***

Fabio Kapello: “Rusiya millisinə milliləşmiş futbolçular da cəlb oluna bilər. Portuqaliya və Fransa millilərinin heyətinə bir baxın. Gələcəkdə Rusiya millisində də belə olacaq. Çünki xeyli italyan kişi rus qızla evlənir (gülür). Mənim dövrümdə də olmasa, gələcəkdə mütləq Rusiya millisində italyanəsilli futbolçular çıxış edəcək.

***

Kapellonun mətbuat konfransı başa çatdı. Onun növbəti dəfə nə vaxt jurnalistlər önünə çıxacağı məlum deyil. Kapello hələlik heç bir jurnalistlə fərdi şəkildə görüşməyəcəyini bildirib.

***

Xatırladaq ki, Fabio Kapellonun bu gün rəsmi müqavilə imzaladığı Rusiya millisi Dünya Çempionatı-2014-ün seçmə mərhələsində milli komandamızım qrupdakı rəqiblərindən biridir.

 



  #1   Adınız: zeynal zeynalov;   E-mail: [email protected]

27.07.2012 05:19

deyirler kapello moskvada yasayacaq.letifesi FOGTSdan uzaq.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail