Cihan Özkara: “Doğma azarkeşlərimiz önündə Bəhreyni məğlub edəcəyik”
2012/2013
mövsümündən etibarən icarə əsasında "Kayseri Ərciyəsspor"da çıxış edəcək
Azərbaycan millisinin üzvü Cihan Özkara "Sumqayıt"la keçirilmiş
yoxlama oyunundan sonra rəqib komandanın saytına müsahibə verib.
-
"Kayseri Ərciyəsspor"a keçidin necə baş tutdu?
- Növbəti mövsümü icarə əsasında "Kayseri Ərciyəsspor"da
keçirəcəm. Gənc olduğum üçün daimi oynaya biləcək bir kluba keçməyi düşünürdüm.
Bu səbəbdən Kayseri təmsilçisindən təklif aldıqdan sonra düşünmədən qəbul
etdim. Qarşıdakı bir il ərzində daha çox təcrübə toplayıb özümü sübut etmək istəyirəm.
Açığı, "Sivasspor"da da qala bilərdim, lakin gələcəyi düşündüyüm üçün
bu addımı atdım. Bir il ərzində Bank Asiya 1-ci liqada özümü doğruldub yenidən
Superliqaya qayıtmaq istəyirəm.
- Bir
müddətdən sonra DÇ-2014-ün seçmə mərhələsinin oyunları start götürəcək...
- Bəli, dediyiniz kimi iki aydan sonra DÇ-2014-ün seçmə
mərhələ oyunları başlayacaq. Millimiz qarşıdakı görüşlərə ən yaxşı şəkildə
hazırlanır. Seçmə mərhələ oyunlarında özümüzü yaxşı tərəfdən göstərib, daha çox
xallar qazanmalıyıq. Qarşıda bizi Bəhreyn yığması ilə yoxlama oyunu gözləyir.
Bu, seçmə mərhələ oyunları öncəsi son sınağımız olacaq. Doğma azarkeşlərimiz
qarşısında Bəhreynlə keçiriləcək bu görüşdən mütləq qələbə ilə ayrılacağıq.
- 2:2
hesablı bərabərliklə başa çatan "Kayseri Ərciyəsspor"-
"Sumqayıt" oyunu haqqında nə deyə bilərsən?
- Əvvəlcə qeyd edim ki, "Kayseri Ərciyəsspor"un
təlim-məşq bazasına toplaşan azarkeşlər maraqlı oyuna şahidlik etdi. Qarşılaşma
bir az sərt məcrada keçsə də, hər iki komanda meydanda əllərindən gələni etdi.
"Sumqayıt"la oyun bizim hazırlıq dövründəki ilk matçımız idi. Bəzi
çatışmamazlıqlarımız var, amma tez bir zamanda bunları aradan qaldıracağımıza
inanırıq.
-
"Sumqayıt" Futbol Klubu haqqında təəssüratların...
- İlk dəfə idi ki, Azərbaycan klubuna qarşı çıxış
edirdim. Açığı, "Sumqayıt" Futbol Klubundan bu cür oyun gözləmirdim.
Olduqca yaxşı təsir bağışladılar. Heyətin əksəriyyəti gənclərdən təşkil olunub.
Orxan Əliyev, Uğur Pamuk kimi futbolçular "Sumqayıt"ı daha üst pillələrə
daşıyacaq. Klubunuza
qarşıdakı Premyer Liqa oyunlarında uğurlar arzulayıram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |