“Bakı” məşqlərini itkilərlə davam etdirir

26.07.2012 | 4357 dəfə oxunub


Qarşıdan gələn mövsümün hazırlıqlarını gündə iki məşqlə klubun təlim-məşq bazasında davam etdirən “Bakı” dünən saat 11:30 və 19:30-da olmaqla iki məşqə çıxdı. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, axşam məşqi bir saatdan çox davam etdi.  Komandanın məşqi taktiki çalışmalar və topla hərəkətlər üzərində qurulmuşdu. Məşqdə Elvin Əliyev, Əziz Quliyev və Cəmşid Məhərrəmov iştirak etmədilər. Zədəli futbolçulardan əlavə komandamızın kosta-rikalı hücumçusu Uinston Parksda komandadan ayrı fərdi məşq keçdi. Uinston Parksın zədəsi nisbətən yüngül, digər adıçəkilən futbolçularımızın isə zədələri daha ciddidir.

Ayağında sınıq olan Əziz Quliyevin gələn ayın ortalarında, Cəmşid Məhərrəmovun isə komandaya 20 gün ərzində qoşulması gözlənilir. Elvin Əliyev zədəsi isə daha ciddidir onun komanda ilə birgə məşq etməsinin tarixi məlum deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail