Yunis Hüseynov het-trik, Kaxaber Tsxadadze dubl arzusunda

26.07.2012 | 6701 dəfə oxunub

 

Ölkəmizi Avroliqada təmsil edən “Xəzər Lənkəran” və “İnter” bu gün ikinci mərhələnin cavab oyunlarına çıxacaqlar. Stadium.az xəbər verir ki, bu axşamkı qarşılaşmalarda qazanılacaq uğur hər iki baş məşqçinin nüfuzunu yüksəltməklə yanaşı, statistik göstəricilərini də yaxşılaşdıracaq.

“Xəzər Lənkəran” “Lex” “sədd”ini keçə bilsə, Yunis Hüseynov Qurban Qurbanovdan sonra Azərbaycan klubları ilə avrokuboklarda ən çox mərhələ adlayan məşqçi olacaq. 2 dəfə avrokuboklarda mərhələ adlamaq sevinci yaşayan Hüseynov hazırda Azərbaycan klubları ilə avrokuboklarda mərhələ adlayan məşqçiləırin siyahısında 2-5-ci yerləri bölüşdürür. Hüseynov bu gün het-trik etsə, Böyükağa Ağayevi, Ağasəlim Mircavadovu, eləcə də Anatoli Demyanenkonu qabaqlamış olacaq.

Yunis Hüseynovdan fərqli olaraq Kaxaber Tsxadadze dubl arzusundadır. Belə ki, “bankirlər” ardıcıl ikinci dəfə Avroliqada mərhələ adlasa, gürcü çalışdırıcı Azərbaycan klubları ilə mərhələ adlayan məşqçilərin siyahısında altıncı yerə yüksələcək.

Azərbaycan klubları ilə avrokuboklarda mərhələ adlayan məşqçilərin siyahısı aşağıdakı kimidir:

Qurban Qurbanov 7 dəfə (2009/10 - 2 mərhələ, 2010/11 - 3 mərhələ, 2011/12 - 2 mərhələ)

Böyükağa Ağayev 2 dəfə (1999/2000, 2004/05)

Ağasəlim Mircavadov 2 dəfə (2000/01, 2005/06)

Yunis Hüseynov 2 dəfə (2006/07, 2012/13)

Anatoli Demyanenko 2 dəfə (2008/09 2 mərhələ)

Kazbek Tuayev 1 dəfə (2004/05)

Valentin Xodukin 1 dəfə (2008/09)

Coko Haciyevski 1 dəfə (2009/10)

Kaxaber Tsxadadze 1 dəfə (2012/13)

Böyükağa Hacıyev 1 dəfə (2012/13)

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail