Yeni transferi “Qarabağ”a qələbə qazandırdı YENİLƏNİB

26.07.2012 | 6921 dəfə oxunub



Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib. Stadium.az xəbər verir ki, Ağdam təmsilçisi Türkiyənin “Boluspor” klubu ilə qarşılaşıb. Xatırladaq ki, “Qarabağ” əvvəlki görüşlərində İranın “Zob Ahan” və “Traktorsazi”, eləcə də Türkiyənin “Tavşanlı Linyitspor” klublarını 1:0 hesabı ilə məğlbu edib, AZAL-a 0:4 hesabı ilə uduzub və “Göztəpə” ilə qolsuz bərabərə qalıb.

“Qarabağ” (AZƏRBAYCAN) - “Boluspor” (Türkiyə) 1:0

“Qarabağ” - Miro, Kamil, Zaur, Eltun, İlqar, Emin M, Toğrul, Emin İ, Bəxtiyar, Demir, Rauf.

1 - Oyuna “Boluspor” başladı

4 - İlk qol imkanı. Demirin ara ötürməsindən sonra Bəxtiyar qapıçı ilə təkbətək qalsa da, qapıçı dueldən qalib ayrıldı

11 - “Boluspor”un cavabı özünü gözlətmədi. Yandan asmanı rəqib hücumçu baş zərbəsi ilə uzaq küncə göndərdi. Qapıçımız Miro mükəmməl reaksiya ilə topu tuta bildi

20 - Cərimə meydançası yaxınlığında Raufa qarşı kobudluq. Təhlükəli ola bilər

21 - İlqar Qurbanovun zərbəsi canlı səddən döndü

22 - Toğrul qapıçı ilə təkbətək çıxsa da, zərbəsi dəqiq olmadı

31 - Raufun ötürməsindən sonra Emin yandan cərimə meydançasına daxil olsa da hakim oyundan kənar vəziyyət qeydə aldı

34 - Dəmirin ötürməsindən sonra Emin zərbə vursa da zərbəsi dəqiq olmadı

39 - Raufa qarşı kobud oyun. İlqar Qurbanovun zərbəsini qapıçı çətinliklə qaytara bildi

43 - Təhlükəli hücum. Emin Mustafayevin zərbəsi yandan keçdi.

45 - İlk yarı başa çatdı 0-0.

46 - İkinci yarıya “Qarabağ” başladı. Mironu Fərhad əvəzləyib.

55 - Komandalar hücum qurmaqda çətinlik çəkirlər.

Yaxın dəqiqələrdə meydanda futbolçuları komandamızın digər futbolçularının əvəzləyəcəyi gözlənilir. Onlar hal-hazırda meydanın kənarında isinmə hərəkəti edirlər.

61 - Rəşad Sadıxov, Admir Teli, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Əfran İsmayılov, Vüqar Nadirov, Elnur Abdulov, Tural İsgəndərov, Riçard Almeida oyuna daxil olurlar.

64 - Oyunda üstünlük tamamilə komandamızın tərəfinə keçib. Cinahlar çox fəaldırlar

66 - Sağ cinahdan Əfranın cərimə meydançası daxilində ideal ötürməsindən sonra Elnur topa qeyri dəqiq zərbə ilə yadda qaldı

68 - Mükəmməl hücum. Tək toxunuşla 4 ötürmə ilə Əfran qapıçı ilə üzbəüz qaldı. Zərbəni qapıçı tuta bildi

74 - Elnur Abdulov oyundankənar vəziyyətə düşür

81 - Əfranın 2 oyunçunu arxada qoyaraq zərbəsini qapıçı tuta bildi

83 - QOLLL ! Ansinin ötürməsindən sonra Riçard hesabı açdı

88 - Əfranın təhlükəli ötürməsini müdafiəçi az qala öz qapısından keçirəcəkdiş qapıçı son anda təhlükənin qarşısını ala bildi

89- Riçardın cərimə zərbəsi təhlükəli alındı

90 - Oyun `Qarabağ`ımızın qələbəsi ilə başa çatdı. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail