“Qəbələ”: 5 oyunda 5 məğlubiyyət YENİLƏNİB

27.07.2012 | 5768 dəfə oxunub



Sloveniyada təlim-məşq prosesini sona çatdırmaq üzrə olan “Qəbələ” bu gün son yoxlama görüşünə çıxacaq. Stadium.az xəbər verir ki, Fatih Kavlakın yetirmələri Türkiyə təmsilçisi “Mərsin İdman Yurdu”  ilə üz-üzə gələcək. Türkiyənin Mərsin şəhərini təmsil edən klubun əsası 1925-ci ildə qoyulub. Komanda Türkiyə Superliqasında mübarizə aparır. Xatırladaq ki, “Qəbələ” Sloveniyada keçirdiyi əvvəlki 4 yoxlama görüşünün hamısında uduzub.  

“Qəbələ” (AZƏRBAYCAN) - “Mərsin İdman Yurdu” (Türkiyə) 0:2

"Qəbələ": Dieqo Koşta Silva, Ürfan Abbasov, Nodar Məmmədov, Deyan Kelhar, Omar Kalabane, Vurğun Hüseynov (Viktor Mendi), Rəşad Abdullayev, Elmar Baxşıyev (Bruno da Silva), Aleksandr Çertoqanov, Viktor Mendi, Luis Hilario Dodo , Yannik Kamanan (Daniel Kruz)

 Matç tərəflərin bərabər mübarizəsi şəraitində start götürüb. İlk hissədə “Qəbələ” bir neçə əlverişli qol epizodu yaratsa da, istəyinə çata bilməyib. Əvəzində rəqib hesabı öz xeyrinə dəyişə bilib və komandalar fasiləyə “Mərsin İdman Yurdu”nun üstünlüyü ilə yollanıblar.

İkinci hissə də eyni ssenari üzrə davam edib. 45 dəqiqə ərzində hər iki tərəfin fərqlənmək imkanları olsa da, hissə əsasən iki penalti zərbəsi ilə yadda qalıb. İkinci yarının əvvələrində Türkiyə təmsilçisi 11 metrlik zərbə vurmaq hüququ qazanıb və hesab arasındaki fərqi artırıb. 75-ci dəqiqədə isə Mendiyə qarşıya cərimə meydançası daxilində kobudluq hakimin penalti nöqtəsini göstərməsi ilə nəticələnib. Topa yaxınlaşan Dodo qapıçı səddini aşa bilməyib və matç rəqibin 2:0-lıq qalibiyyəti ilə sona çatıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail