Yunis Hüseynov: “İnanmıram ki, “Lex” sabahkı oyunda hesabı qorumaq üçün oynasın”

25.07.2012 | 5352 dəfə oxunub


Sabah Avroliqanın ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Polşanın “Lex” klubunun qonağı olacaq “Xəzər Lənkəran”ın  baş məşqçisi Yunis Hüseynov oyunqağı mətbuat konfransı keçirib. Stadium.az Hüseynovun açıqlamalarını təqdim edir:


* Bizi sabah çətin oyun gözləyir. Çünki “Lex” ciddi rəqibdir. Bununla belə biz növbəti mərhələyə yüksəlmək istəyirik.

* Deməzdim ki, biz səfərdə daha yaxşı oynayırıq. Amma uğur qazanmaq üçün sabah ən yaxşı oyunumuzu oynamalıyıq.

* Bilirəm ki, “Lex”in güclü azarkeşləri var. Amma bu bizi elə də çox narahat etmir. Çünki bizim fanatlar da möhtəşəmdirlər. Yəni ki, biz bu cür atmosferdə oynamağa artıq alışmışıq.

* Biz penaltilərə hazırlaşmamışıq.

* “Lex”in heyətində kimisə fərqləndirmək istəmirəm. Ümumi götürdükdə yaxşı komandadırlar.

* Özümüzdə rəqibi hərtərəfli təhlil etmişik. Zəif və güclü cəhətlərini bilirik. Çalışacağıq ki, üstün cəhətlərinin qarşısını alıb, zəif cəhətlərindən faydalanaq.

* İnanmıram ki, “Lex” sabahkı oyunda hesabı qorumaq üçün oynasın. Fikrimcə, ilk dəqiqədən irəli atılıb, erkən qol vurmağa çalışacaqlar. Amma fakt budur ki, qolsuz heç-heçə də onları qane edir.

* Ötən oyunla müqayisədə taktiki cəhətdən dəyişiklik olacaq. Ancaq heyətlə bağlı bir söz deyə bilmərəm. Çünki mən heyəti oyuna 3-4 saat qalmış formalaşdırıram.

 * Lənkəranda hava ilə bağlı “Lex”in bəxti gətirdi. Ümid edirəm ki, bu dəfə hava bizə sərf edən kimi olacaq. Yəqin ki sabah da Poznanda belə isti olar.

* Azərbaycan klubları artıq dördüncü dəfədir ki, “Lex”lə qarşılaşır. İnşallah, bu dəfə biz uğursuz sindroma son qoyacağıq.

* Ümid edirəm ki, qarşılaşmadan sonra siz məni qələbə münasibəti ilə təbrik edəcəksiniz (gülür).

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail