Sakis Tsiolis: “Sabakı oyunda “İnter” 90 dəqiqə dayanmadan hücum edəcək”

25.07.2012 | 5554 dəfə oxunub



Sabah Avroliqanın ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində öz meydanında “İnter”i qəbul edəcək Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis oyunqabağı mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, yunan məşqçi qarşılaşmayla bağlı bunları deyib:


* “İnter” çox güclü komandadır. Buna görə də ilk oyunun nəticəsindən razı qaldım. Amma sabahkı oyunda qələbəyə ümid edirəm.

* Sabahkı oyuna çox ciddi yanaşırıq. Futbolçularımla söhbət edib, bildirmişəm ki, sabah meydana ilk oyunun nəticəsini unudaraq çıxmalıdırlar.

* Əgər “İnter”i mübarizədən kənarlaşdırmaq istəyiriksə, əziyyət çəkməliyik. Çünki sabahkı oyunda “İnter” bütün 90 dəqiqə ərzində hücum edəcək.

* Sabah avrokuboklarda ilk ev oyununa çıxacağıq. Bu səbəbdən də debütumuzu qələbə ilə qeyd etmək istəyirik. Qələbə qazansaq, Tripolidə bayram olacaq.

* İlk oyunla müqayisədə ciddi bir dəyişiklik gözlənilmir. Çünki ötən oyundan razı qalmışam. Əsas oyunçularımız sabah da ilk dəqiqələrdən meydanda olacaqlar.

* Budəfəki matçda Tasa Bakasetsə ilk dəqiqələrdən şans verəcəyəm. Ötən oyunda o meydana daxil olduqdan sonra komandamız daha yaxşı çıxış etdi.

* “İnter” qələbəni 90 dəqiqənin ərzində qazanmaq istəyəcək. Bununla belə, biz penaltilər seriyasına da hazırıq.

* İlk oyundakı nəticəni niyə uğurlu hesab edirəm? Ona görə ki “İnter” çox güclü komandadır. Onlar ilk oyunda hücuma keçərkən üstümüzə minimum 5 futbolçuyla gəlirdilər. Onların qarşısını kəsmək çox çətin idi.

* Düzdür, Bakıda qələbə də qazana bilərdik. İkinci qolu vurmaq üçün şansımız oldu. Amma unutmayaq ki, həmin qolu “İnter” də vura bilərdi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail