Rafal Muravski: “Biz favoritik. Amma “Xəzər Lənkəran”la oyunda hər şey ola bilər”

25.07.2012 | 5268 dəfə oxunub


Sabah Avroliqanın ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək Polşanın “Lex” klubunun yarımmüdafiəçisi Rafal Muravski oyunqabağı mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, təcrübəli futbolçu təmsilçimizlə oyunöncəsi bunları deyıb:


* Sabah oyun çox çətin keçəcək. İlk oyunda qol buraxmağımıza baxmayaraq, biz rəqibdən güclüyük.

* Lənkərandakı oyun zamanı hava həddindən artıq çox isti idi. Amma biz bunu problemə çevirə bilmərik. Çünki biz istənilən hava şəraitində oynamağa öyrəşmişik.

* Rəqibin heyətində Branimir Subaşiç və Adrian Pitin oyununu qeyd etmək olar. Digər komanda yoldaşları kimi onlar da güclü futbolçudurlar. Ümumi götürdükdə isə, deməliyəm ki, Xəzər Lənkəran” maraqlı komandadır.    

* Sabahkı qarşılaşma çətin keçəcək. Ancaq biz qələbə qazanmaq üçün hər şey edəcəyik.

* Deyə bilmərəm ki, “Xəzər Lənkəran” Polşa çempionatında oynayasdı, necə çıxış edərdi. Bu suala dəqiq cavab vermək çətindir. Amma bilirəm ki, rəqib yaxşı kollektivdir.

* Azərbaycanlılar nə qədər güclü olsalar da, ümid edirəm ki, biz səviyyəmizi ortaya qoya biləcəyik.

* 4 il əvvəl “Xəzər Lənkəran”a qol vurduğumu bilirəm. Amma həmin qolu dəqiq xatırlamıram.

* “Xəzər Lənkəran” ilk mərhələdə qarşılaşdığıımız “Jetısu”dan güclüdür. Lənkəranda baş tutan ilk oyunun çətin keçməsi də bunu sübut etdi.

* Düzdür, biz favoritik. Amma “Xəzər Lənkəran”la oyunda hər şey ola bilər. Qapımıza rəqib bir qolsa vursa, biz Avroliqadan kənarda qala bilərik.

* Sabahkı matçda erkən qol vursaq, hər şey əla olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail