“Neftçi”nin taleyi 1 oyunda 4 qırmızı vərəqə göstərən hakimin əlindədir

25.07.2012 | 4834 dəfə oxunub


Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Hapoel” - “Neftçi” görüşünü irlandiyalı Alan Kelli idarə edəcək. Stadium.az xəbər verir ki, irlandiyalı referi 1975-ci il aprelin 9-da anadan olub. İlk dəfə 17 yaşlılar arasında Avropa çempionatının oyunlarına təyinat alıb. 2002-ci ildə baş tutan həmin yarışda Kelli qrup mərhələsinin 3, eləcə də play-off mərhələsi çərçivəsində baş tutan Fransa - İspaniya görüşündə ədaləti qoruyub. Çempionlar Liqasında Kelli ilk dəfə 2003-cü ildə oyun idarə edib. O ilk təsnifat mərhələsi çərçivəsində baş tutan “Tirana” (Albaniya) - “Dinamo” (Tbilisi, Gürcüstan) görüşündə ədaləti qoruyub.  2005-ci ildə Kelli 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Danimarka - Rusiya oyununda diqqətləri üzərinə çəkib. Belə ki, Danimarka millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan həmin görüşdə irland referi Rusiya millisinin 4 futbolçusuna qırmızı vərəqə göstərib. Milli komandalar səviyyəsində ilk rəsmi görüşü Dünya çempionatı - 2006-nın seçmə mərhələsi çərçivəsində baş tutan Estoniya - Lüksemburq matçı olub. Daha sonra qitə kubokları və milli səviyyəsində bir çox oyunları idarə edən Kelli millimizin oyununa da təyinat alıb. Dünya Çempionatı-2010-un seçmə mərhələsi çərçivəsində 2009-cu il avqustun 12-də Bakıda baş tutan Azərbaycan - Almaniya (0:2) matçında ədaləti məhz o qoruyub.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail