Vladimir Miçoviç: “Bakını çox xoşlayıram və artıq özümü bakılı kimi hiss edirəm”

25.07.2012 | 6306 dəfə oxunub


Avstriyada təlim-məşq toplanışında olan “Simurq”un “Akhisar Bələdiyəspor”la keçirdiyi yoldaşlıq görüşündə oyunu izləyənlər arasında tanınmış bir simada var idi. Uzun müddət “Neftçi”də forma geyinmiş və Azərbaycanda futbolçu karyerasını başa vurmuş Vladimir Miçoviç “Simurq”un oyununa tamaşa etməyə gəlmişdi. Veteran qolkiper matçdan sonra “Simurq”un rəsmi internet saytına müsahibə verib.


- Miçoviç, təcrübəli futbolçu kimi “Simurq” haqqında nə deyə bilərsiz? Bu gün də komandamızın oyununu izlədiniz.

- Onu deyə bilərəm ki, “Simurq”da hazırda rəhbərliklə futbolçular arasında əla abuhava var. Bunu həm oteldə, həm də meydanda görmək olur. Bu günkü oyunda da uşaqlar göstərdi ki, “Simurq” bu il ciddi rəqib olacaq. Komandanın oyunun çox bəyəndim. Futbolçular həqiqətən meydanda sonadək mübarizə aparırdı və çalışırdılar.

- Uzun müddət Azərbaycanda futbol oynamısınız və təbii ki, “Simurq”a qarşı da forma geymisiz. Həmin dövrdən hansısa maraqlı hadisə yadınızda qalıb?

- Bəli, mən “Neftçi”də oynadığım vaxt “Simurq”a qarşı çox forma geymişəm. Onu qeyd edim ki, bu oyunlar həmişə həm Bakıda, həm də Zakatalada bizim üçün çox çətin keçirdi. Bakıdakı bir qarşılaşmanı heç vaxt yadımdan çıxartmıram. Həmin matçda “Neftçi” mütləq qələbə qazanmalı idi. Ancaq təəssüf ki, həmin oyunda 1:0 məğlub olduq və çempionluq yolunda çox vacib xal itirdik. Həmin vaxt “Simurq” həm mənim, həm də “Neftçi”nin əhvalın çox pis korlamışdı. Ancaq nə etmək olar. Bu futboldur.

- Komandamızda hansı futbolçularla yaxşı münasibətləriniz var?

- Burda bir çox futbolçu ilə mənim əla münasibətim var. Bir neçəsi ilə birlikdə oynamışam. Yerli futbolçuların əksəriyyəti ilə tanışam. Onlar içərisində yaxın dostlarımda var. Klub rəhbərliyində yaxşı tanıyıram və onlarla burda münasibətdə olduğum üçün çox şad oldum.

- Futbolçu karyeranızı bitirsəzdə Azərbaycan futbolu ilə, klubları ilə maraqlanırsız?

- Çox təəssüf ki, futbolçu həyatımı bitirmişəm. Ancaq qeyd edim ki, mən hələ də Bakıda yaşayıram. Bütün oyunlara baxıram. Çempionatı yaxından izləyirəm. Bakını çox xoşlayıram və artıq özümü bakılı kimi hiss edirəm.

- Necə fikirləşirsiniz, “Simurq” bu mövsüm çempionatda nəticə əldə edə biləcəkmi?

- Əminəm ki, “Simurq” bu il ilk altılığa oynayacaq. Komandanın bunun üçün əla şansı var. Əlbəttə, mən də buna görə çox şad olaram. Məmnuniyyətlə bütün oyunlarını yaxından izləyəcəm. “Simurq” həmişə möhkəm komanda olub. Fikrimcə, yeni mövsümdə istədiyi nəticəyə nail olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail