Rəşad Sadiqov: “Hapoel”lə deyil, “Jlina” ilə qarşılaşmağı çox istəyirdim” (MÜSAHİBƏ)

25.07.2012 | 6689 dəfə oxunub


“Zestafoni” ilə oyundan dərhal sonra “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Stadium.az-ın Gürcüstana ezam olunmuş müxbirinə müsahibə verib. Təcrübəli futbolçu ilk olaraq qarşılaşma barədə danışıb.


- Oyunun çətin olacağını əvvəldən də bilirdik. İlk matçda 3:0 hesablı qələbə qazanmağımıza baxmayaraq, görüşə ciddi hazırlaşmışdıq. Lakin oyunun əvvəlində erkən qollar buraxdıq. Şükürlər olsun ki, sonradan toparlanaraq, lazımı nəticəni qazandıq.

- Razısan ki, Vobay ilk qolu vurmasaydı, nəticə başqa cür ola bilərdi?

- Əlbəttə, razıyam. İlk 20 dəqiqədə sözün əsl mənasında şok yaşadıq. Vobayın qolu vaxtında gəldi. Lazım olan anda qol vurmasaydıq, işimiz daha da çətin ola bilərdi.

- Penaltini qeyri-adi üsulla yerinə yetirdin...

- Penaltilər zamanı qapıçılar ya sağa, ya da sola tullanır. Çox nadir qapıçılar var ki, həmin anda mərkəzi bağlayırlar. Həm də son zamanlar bu tip zərbələr daha tez-tez yerinə yetirilir. Bu səbəbdən mən də özümü sınamaq qərarına gəldim.

- Əvvəldən belə qərar qəbul etmişdin ki, penalti olsa, belə yerinə yetirəcəksən, yoxsa həmin anda keçdi ürəyindən?

- Yox, elə həmin anda istədim.

- Düşünmədin ki, böyük risk edirsən? Axı zərbən dəqiq alınmasaydı, oyunun sonrakı gedişatının necə olacağını təsəvvür etmək çətindir. Hətta həmin an matçın qırılma nöqtəsi də ola bilərdi...

- Sizinlə tam razıyam. Bilirəm, risk etdim. Amma ürəyimdən belə vurmaq keçdi. Şükürlər olsun ki, komandanı və azarkeşlərimiz məyus etmədim.

- Azarkeşlərdən söz düşmüşkən, bu gün onların dəstəyini hiss etdin?

- Əlbəttə, hiss etdim. Biz də bu qələbəni məhz onlar üçün qazanmışıq. Sağ olsunlar ki, gəlib Gürcüstanda da bizi dəstəklədilər. Növbəti mərhələyə vəsiqə qazanmaqla onları peşman etmədik.

- Artıq növbəti mərhələdəki rəqib bəllidir. “Hapoel”lə oyunlardan nə gözləyirsən?

- İndi bütün diqqətimizi qarşıdakı matça yönəldəcəyik. Bizi israillilərlə çox çətin oyunlar gözləyir. Rəqib həqiqətən də güclü komandadır. Amma biz də zəif deyilik. Uğurlu çıxışımızı davam etdirmək üçün bütün gücümüzü meydanda qoyacağıq.

- Ümumiyyətlə, “Jlina” yoxsa “Hapoel”lə qarşılaşmağı istəyirdin?

- Fikrimcə, növbəti rəqibimiz “Jlina” olsaydı, daha yaxşı olardı. Amma elə də təəssüflənmirəm. Onsuz da hər ikisi güclü rəqib idi.

- Nəyə görə məhz “Jlina”?

- Çünki israillilər daha texnikalı olurlar. Bu səbəbdən də “Jlina” ilə görüşməyi istəyirdim. Amma qismət deyilmiş.

-  Sonda. Səncə “Neftçi” bu il avrokubokların qrup mərhələsinə vəsiqə qazana biləcək?

- Bizim də məqsədimiz məhz budur. Tarix yazmaq istəyirik. İnanıram ki, ən azı Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacağıq. 




  #1   Adınız: zeynal zeynalov;   E-mail: [email protected]

25.07.2012 19:58

sag ol resad sag ol.ALLAH size komek olsun

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail