Cavid İmamverdiyev: “Biabır olmaq təhlükəsi ilə üz-üzə idik”

25.07.2012 | 5868 dəfə oxunub



“İlk oyunda 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bu matça arxayın çıxmamışdıq. İnanın ki, bunu tam səmimi deyirəm”. Bu sözləri Stadium.az-ın Gürcüstana ezam olunmuş müxbirinə verdiyi açıqlamada “Neftçi”nin üzvü Cavid İmamverdiyev deyib.

Gənc futbolçu qarşılaşmanın gedişində biabır olmaq təhlükəsi ilə üzləşdiklərini söyləyib: “Oyuna heç də yaxşı başlamadıq. Təzyiqlə üzləşdik və nəticədə qapımızda 2 qol gördük. Bir anlıq biabır olmaq təhlükəsi ilə üz-üzə qaldıq. Lakin Allaha şükürlər olsun ki, toparlanıb, çətin vəziyyətdən çıxmağı bacardıq. Bu da “Neftçi”nin gücünü göstərir”.

C.İmamverdiyev növbəti mərhələdə də uğur qazanmağa çalışacaqlarını bildirib: “Hapoel” çox güclü rəqibdir. Bildiyimə görə, çox texnikalı komandadırlar. Onlara qarşı oynamaq çox çətin olacaq. Amma biz də zəfi deyilik. Təslim olmaq fikrindən uzağıq. İnanıram ki, İsrail çempionunu da keçib, tarix yazacağıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail