Sadıq Sadıqov: “Bu gün sübut etdik ki, Bakıdakı qələbəmiz təsadüfi deyildi”

25.07.2012 | 6068 dəfə oxunub


“Bizə qarşı burada göstərilən bütün haqsızlıqlara, təzyiqlərə baxmayaraq, layiqli nəticə qazandıq”. Bu sözləri Stadium.az-ın Gürcüstana ezam olunmuş müxbirinə verdiyi açıqlamada Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə yüksələn ölkə çempionu “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyib.

Klub başçısı “Zestafoni” ilə cavab oyununda da diqtə edən tərəfin “Neftçi” olduğunu bildirib: “Bu gün oyunboyu üstünlük tamamilə “Neftçi”nin tərəfində idi. Meydanda diqtə edən məhz bizim komandamız idi. Bu da onu göstərir ki, ilk oyunda qazandığımız 3:0 hesablı qələbə heç də təsadüfi deyildi. Layiqli oyun sərgiləyərək, üçüncü mərhələyə yüksəldik”.

S.Sadqov növbəti mərhələdə qarşılaşacaqları İsrail çempionu barədə də fikirlərini açıqlayıb: “Hamı bilir ki, İsrail çempionu çox güclü komandadır. Onlara qarşı bizi həddindən artıq çox çətin oyunlar gözləyir. İndidən qəti söz demək çətindir. Amma “Neftçi” Azərbaycan xalqını yenidən sevindirmək üçün əlindən gələni edəcək. Lakin qarşıdakı mərhələdə uğur qazanıb-qazanmamağımız, eləcə də qrup mərhələsinə düşüb-düşməməyimiz qismətdir”.

Sonda isə klub prezidenti azarkeşlərə təşəkkür edib: “Komandanı Gürcüstanda da yalnız buraxmayan azarkeşlərimizə təşəkkür edirəm. Onlara öz minnətdarlığımı bildirirəm.” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail