“Lex”in yarımmüdafiəçisi: “Xəzər Lənkəran” bura qələbə qazanmaq üçün gəlir”

23.07.2012 | 4596 dəfə oxunub


İyulun 26-da Avroliqanın ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək Polşanın “Lex” klubunun yarımmüdafiəçisi, ilk matçda təmsilçimizin qapısına yol tapan Martivus Mozdren cavab oyunu öncəsi Polşa mətbuatına müsahibə verib.

 

- Təkrar oyununun hazırlığı necə keçir?

- Artıq dörd gündür ki, “Xəzər Lənkəran”la cavab matçının hazırlılarına start vermişik və hər şey qaydasındadır.

- İlk oyunu bir də yada sala bilərik?

- Bu haqda yetərincə danışmışıq. Gərgin oyun oldu və qalib aşkarlanmadı. İndi hər iki komandanı ikinci 90 dəqiqə gözləyir. Təbii, səfərdə qol vurmaq bizim üçün üstünlük sayıla bilər. Amma unutmayaq ki, eyni qolu rəqib də burda bizə vura bilər.

- Bəs, vurduğun qolu necə xatırlayırsan?

- “Xəzər Lənkəran” hesabı erkən açsa da, ruhdan düşmədik və bərabərlik qolu üçün irəli atıldıq. İlk 20 dəqiqənin tamamına kimi isə, buna nail olduq. O ki qaldı vurduğum qola, sol cinahdan ötürmə gəldi və rəqibin iki müdafiəçisi topu uzaqlaşdıra bilmədi. Belə olan halda mən də dəqiq zərbə ilə uzaq küncü nişan aldım.

- Cavab oyunundan nə gözləyirsən?

- Ancaq qələbə. Baxmayaraq ki, çətin olacaq. Çünki rəqib də Polşaya qələbə dalınca gəlir. Amma biz əlimizdən gələni edəcəyik ki, bu mərhələni keçək.

- Rəqibi hansı xüsusiyyətinə görə fərqləndirərdin?

- Sürətli futbolçuları var. Həm mərkəzdən, həm də cinahlardan yaxşı hücumlar təşkil etməyi bacarırlar. Ancaq mənə elə gəlir ki, “Xəzər Lənkəran”ın ən böyük üsyünlüyü standard vəziyyətdən yaxşı istifadə etməsidir.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail