“Simurq”un düşərgəsində yeni futbolçu

23.07.2012 | 3705 dəfə oxunub


Avstriyada növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" dünən növbəti məşqlərinə çıxıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komanda səhər idmanına fitnes zalda başlayıb. Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki tapşırıqları yerinə yetirən “sarı-qaralar” daha sonra məşq meydanına keçib. Qaçış və isinmə hərəkətlərindən sonra futbolçular məşçilər korpusu tərəfindən mövqelərinə görə bölünub. Müdafiəçilər qısa ötürmələr və hücum qurma tapşırıqları üzərində işləyib. Digər futbolçular isə cəld hücuma çıxış və qapıya zərbələr üzərində çalışıb. Axşam idmanı da qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra yetirmələrini iki qrupa bölən baş məşqçi Georgi Çixradze və köməkçi məşqçi İqor Qetman onları qısa ötürmələr üzərində məşq elətdirib.

Qapıçılar Dmitri Kramarenko və Əyyub Əliyev qapıçı məşqçimiz Emil Babayevin rəhbərliyi altında komandadan ayrı, xüsusi tapşırıqlar üzərində məşq edib.

Komandanın  məşqlərini klub prezidenti Anar Bəkirov və vitse-prezident Aydın Rizayev də izləyib.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "Simurq"un düşərgəsinə baxışa dəvət olunun legioner futbolçular gəlməkdə davam edir. Bu gün daha bir oyunçu, 28 yaşlı afrikalı hücumçu Zeka Qoore komanda ilə məşqlərə çıxıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail