“İnter” TİM kubokunun qalibi oldu

22.07.2012 | 5257 dəfə oxunub


İtaliyada hər yay keçirilən ənənəvi TİM kubokunun yeni qalibi məlum olub. Stadium.az xəbər verir ki, budəfəki yarış Baridəki “San Nikola” stadionunda baş tutub. İlk matçda “İnter” “Yuventus”la qarşılaşıb. 11-ci dəqiqədə Koutinyonun vurduğu yeganə qol milanlılara qələbə gətirib. Daha sonra “Yuve” “Milan”ı sınağa çəkib. Bu görüşün də taleyini bir qol həll edib. Vuçuniçin 31-ci dəqiqədə vurduğu turinlilərə 3 xal qazandırıb. Turnirin son  matçında isə Milan derbisi baş tutub. Əzəli rəqibini 2:1 hesabı ilə üstələyən “İnter” turnirin qalibi olub. 16-cı dəqiqədə Əl-Şəravi “Milan”ı önə keçirsə də, daha sonra Quarin (25) və Palasionun (34) qolları matçın taleyini həll edib.

Qeyd edək ki, hər mövsümöncəsi keçirilən bu yarışda “Milan”, “Yuventus” və “İnter” dairəvi sistemlə 45 dəqiqəlik oyunda qarşılaşırlar. 45 dəqiqə ərzində qalib aşkarlanmasa, qalibi penaltilər müəyyənləşdirir. Yarışın reqlamentinə əsasən, əsas vaxtda - 45 dəqiqə ərzində qələbə qazanan komanda 3, penaltilərlə sevinən tərəf 2, məğlub olan isə 1 xal qazanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail