Zeynal Məmmədov: “Qabaqcadan bilirdim ki, yerlidən lazım olanı ala bilməyəcəyik”
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun müsahibəsi
-
Novruz Əzimovun istefası Avroliqadakı uğursuzluqla bağlıdı?
- Biz “Mura”nı məşqçisiz də keçməliydik. Amma
futbolçular bunu bacarmadılar. Burda elə bir dəyişiklik olmadı. Novruz Əzimov
heç yerə getməyib. Klubda qalıb. Onun da öz vəzifəsi olacaq. Bu, bir-iki günün
söhbəti deyil. Əzimov öz xeyir-duası ilə bizə müraciət elədi. Biz də Hafiz müəllimi
gözləyirdik, bir az işləri var idi. Ola bilər, məğlubiyyətdə Əzimovun da günahı
var. Amma onun istefa verməsi sırf bununla bağlı deyil. Sadəcə, bizim oyunçular
“Mura”nı keçməyə məcbur yox, məhkum idilər.
- Yəni,
siz baş məşqçidə günah görmürsüz?
- Var, niyə yoxdu ki?.. Bir rəhbər kimi mənim də
günahım var nədəsə. Bunu qəbul edirəm. Amma yenə də ən böyük günah oyunçuların
üzərinə düşür. “Mura”nı keçmək üçün onlara nə məşqçi, nə rəhbərlik, nə də başqa
bir adam lazım idi. Düzdü, “Mura” yaxşı komandadı, ancaq bu gün “Bakı” ilə
müqayisə olunası deyil.
-
Deyirsiz ki, futbolçular “Mura”nı keçməyə məhkum idilər. Bəs onlara qələbə
qazanmaq üçün nə mane oldu?
- Vallah, nə deyim… Arxayınçılıq da səbəb ola bilər,
rəqibə aşağı baxmaq da. Futbolçularımız bəxtdən gileylənirlər. Ay nəbilim, gətirmədi,
vura bilmədik. Hər şey ola bilər. Bunu hərə bir cür qəbul edə bilər. Amma mütləq
qol vurulmalıydı. Başa düşdük, hücumumuz zəif idisə, orta xətt oyunçularımız
var, onlar nəsə etməliydi. Məsələn, İspaniya millisi Avropa çempionatında demək
olar ki, hücumçusuz oynadı, axırda birinci yeri götürdülər. Həm Bakıda, həm
Sloveniyada 180 dəqiqə ərzində qol vura bilməmək “Bakı” üçün böyük siqnaldı.
Belə heyətlə "Mura"nı keçməmək faciədi.
-
Sloveniyadakı mətbuat konfransında Əzimov bildirmişdi ki, futbolçularda istək
yox idi, oyuna məsuliyyətsiz yanaşırdılar.
- Bəli, o yanğı, istək yox idi. Bunların hamısı
arxayınlaşmaq, rəqibə yuxarıdan-aşağı baxmağın nəticəsi idi. Ruh düşkünlüyü nədi?
Bıçaq vursalar, qanım çıxmaz. Futbolçularımızın sifətinə baxmaq istəmirəm. Heç
vaxt özümü qırağa çəkməmişəm. Ola bilər, özümü qınayacam ki, niyə hücumçu gətirmədik.
Lakin bir şey bilirəm ki, islahatlar olacaq. Özü də necə lazımdır. “Mura” kimi
büdcəsi iki yüz min avro olan bir klubu uda bilməyən futbolçular haqda ayrı nə
demək olar? Mən futbolçuların özlərinə də demişəm. Onlar artıq harınlayıblar.
- Bu
uğursuzluqdan sonra heyətlə bağlı radikal dəyişikliklər olacaq?
- Yeni baş məşqçi gəlib. Ola bilər, dəyişikliklər
etsin. Bəlkə bəzi oyunçuları sərəncamında görmək istəməyəcək, yenilərin
alınmasını tələb edəcək. “Bakı” rəhbərliyi həmişə baş məşqçinin arxasında
durub, hər cür səlahiyyət verib. Özüm də bu gün komandayla görüşüb, dedim ki,
bundan sonra hər şey baş məşqçinin səlahiyyətindədi. Kimin nə sözü olsa, mənə,
yaxud kiməsə yox, birbaşa Bandoviçə desin. Hər şey onun nəzarəti altında
olmalıdı. “Bakı” ən birinci haqq-ədalətin, daha sonra isə baş məşqçinin tərəfindədi.
Biz sadəcə, Bandoviçin istəklərini yerinə yetiririk. Düzdü, bu gün bizdə məşq
etməklə bağlı bir az problem var. Tikinti işləri gedir. İnşallah, 3-4 aydan
sonra hər şey qaydasına düşəcək. Komanda üçün hər şey yaxşı olacaq. “Mura” ilə
oyundan sonra mən özlüyümdə bir şeyi qətiləşdirdim ki, uğur qazanmaq üçün öz
yetirmələrimizə, yerli uşaqlarımıza güvənməliyik. Onların oynaması daha məqsədəuyğundu.
Bu gün “Bakı”nın əsasını milli komandaların üzvləri təşkil edir. Amma
meydançada heç nə edə bilmədilər. Bu da bir daha onu göstərir ki, komandada
yerli və gəlmə futbolçuların hərəsinin öz yeri var. Hər hansı legioner meydanda
azərbaycanlı futbolçu qədər can qoya bilməz. Məsələn, “Qarabağ” yerlilərin
hesabına dəfələrlə mərhələ keçib. Ona görə də azərbaycanlı futbolçulara daha çox
yer vermək lazımdı. Legioner olsun, amma bu qədər yox. 3-4 nəfər səviyyəlisi
olsa, bəsdi. Eybi yox, qoy, qiymətləri bir az baha olsun, yenə bilək ki,
onların ətrafında oynayan gənclər nəsə götürəcəklər. “Bakı”da bundan sonra belə
olacaq. Biz həm milli, həm də klub səviyyəsində ancaq yerli uşaqların hesabına
uğur qazana bilərik.
- Göndəriləcək
futbolçuların siyahısı genişdi?
- Bugünkü gündə yox. Çünki bizim onlarla müqavilələlərimiz
var. Əsaslı islahatlar sonra olacaq. İndi sadəcə, bu, mümkün deyil. Çünki yeni
çempionata az qalıb. Ola bilər, qışda bəziləri göndərilsin, ola bilər, mövsümün
sonunda. Bu proseslər gedəcək. Hafiz müəllim də öz müsahibəsində bunu bildirib.
Novruz müəllimə də tapşırılıb ki, gənclər daim diqqətdə saxlanılsın və tədricən
əsas komandaya cəlb olunsun. Novruzun üzərinə nə vəzifə düşürsə, edəcək. Hər
bir şeyə o cavabdehlik daşıyacaq.
-
Əzimov müsahibəsində bildirmişdi ki, "heç yerə getmirəm, öz vəzifəmdə
qalıram". Sonradan nə baş verdi ki, fikrini dəyişdi?
- İstefa ilə bağlı sual veriləndə, həmin vaxt
fikirli olub. Hələ oyundan qabaq özüm deyirdim ki, “Mura”nı keçməsək, çıxıb gedəcəm.
Bu, mənim üçün də biabırçılıqdı. Məğlubiyyətə söz tapa, bunu qəbul edə bilmirəm.
Ona görə də Novruz müəllimin həmin vaxt o sözü deməsi normaldı. Çünki heç nə
aydın deyildi. Yəqin həmin vaxt nəsə fikirləşib. Onu özü sizə deyər. Yenə deyirəm,
Novruz hələ bir neçə gün öncə buna qərar verib. Sadəcə, istəyirdi ki, Hafiz müəllim
bundan məlumatlı olsun. Prezidentin isə qonaqları var idi. Başı qarışıq idi.
Ona çatdırıldı ki, Novruz belə eləmək istəyir, sizi gözləyir. Hafiz müəllim
dedi ki, özü necə istəyir, elə də etsin. Novruz yenə də “Bakı”da qalır, öz işinə
davam edəcək. Sadəcə, başqa istiqamətdə və daha səmərəli.
-
Bojidar Bandoviçin beynəlxalq təcrübəsi var. Elə olmazdı ki, bu dəyişiklik
Avroliqa öncəsi gerçəkləşərdi?
- Hər şey ola bilərdi. Mətbuat bizi qınayırdı ki, xarici
məşqçi gətirirlər, yerlilərə güvənmirlər, şans vermirlər. Bu gün biz qabağa
getmək istəyirik. Mən də bunu qabaqcadan bilirdim ki, lazım olan şeyi yerlidən
ala bilməyəcəyik. Bu, bizim üçün aydındı. Mən neyləyirəm, gəlib Azərbaycanda nəsə
edim? Düzdü, burda da nəsə eləmək lazımdı ki, Avropaya çıxasan. Əsas məqsəd
Avropada uğur qazanmaqdı. İndi başa düşürsüz ki, bu, bizim üçün niyə faciə
sayılır? Bundan sonra nəsə deməyin yeri yoxdu.
-
Hücum xəttində ciddi problemlər mövcuddu. Nə Parks, nə də Verpakovskis
komandaya kömək edə biləcək gücdədi. Yəqin ki, çempionatın startına qədər ilk
işiniz səviyyəli hücumçu gətirmək olacaq.
- Problem var. Ən ciddi çatışmazlıq hücum xəttindədi.
Özünüz də gördüz ki, bu gün Parks hazır deyil. Artıq çəkisi var. Ona vaxt lazımdı.
Bugünkü gündə o, “Bakı”ya kömək edə bilməz. Ona görə ki, meydançada qaça
bilmir. Onunla bağlı baş məşqçi özü qərar verəcək. Ola bilər, Parksa mədəni sürətdə
deyilər ki, özünə klub tap. Bizə hazır hücumçu lazımdı, meydana çıxıb,
“Bakı”nın iddiasına cavab versin. Ya da olsun Verpakovskis, Soliç, o birisi. Fərqi
yoxdu. Baş məşqçi kimi istəməyəcəksə, onun “Bakı”da yeri yoxdu.
-
Futbolçulara cəza veriləcək?
- Hamısı cəzalıdı. Bu gün onlara bir daha bildirdim
ki, heç biriniz cəzasız qalmayacaqsız. Oyundan əvvəl deyilmişdi ki, udun, gəlin,
“premya”nızı alın. Açığı, bu cür faciənin baş verəcəyinə inanmırdıq. Amma yenə
də hamısına deyilmişdi ki, uduzsaz, cərimələnəcəksiz. Belə də oldu. Cəza
almalıdılar. Bundan sonra danışmağa ehtiyac yoxdu ki, niyə, nəyə görə belə
oldu.
- Bilmək
olar ki, onlara nə cəza vermisiz?
- Cəzanın məbləğini Hafiz müəllim açıqlayacaq. Nə
verəcəksə, o verəcək.
- Pul
cəzasıdı?
- Əlbəttə ki! Bunların əsas dəyən yeri puldu.
Futbolçulardan 10 manat gedəndə ürəkləri partlayır.
-
“Bakı” futbolçulara, xüsusilə də legionerlərə layiq olduqlarından artıq pul
verməsi üzündən mətbuatda tənqid olunur.
- Hansına artıq veririk? Parksa? Kimin qiyməti nədi,
onu da veririk. Bu, artıq klubun daxili işidi. Çox veririk, az veririk, bizim məsələmizdi.
Futbolçulara nə qədər pul veririksə, hamısı kağızdadı. Hər şey şəffafdı,
görünür. Bir adam gəlib desin ki, bu gün rəhbərlik tərəfindən mənə qarşı belə
bir hərəkət olub. Heç kimə kələk gəlinməyib. Belə bir şey olubsa da,
futbolçular bizə kələk gəliblər. Gəlib, müqavilə bağlayıb, futbol oynamayıblar.
Bəzi bəhanələr gətiriblər. Ona görə də fikirləşirəm ki, aldadılan bizik, başqa
heç kim. Futbolçular ancaq aldatmağı bacarırlar. Özləri heç vaxt aldanmazlar.
"Sport-Favorit" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |