UEFA Kassanonu ... homoseksuallara görə cərimələdi

21.07.2012 | 5669 dəfə oxunub



UEFA-nın Nizam İntizam Komitəsi “Milan”ın və İtaliya millisinin hücumçusu Antonio Kassanonu cərimələyib. Stadium.az xəbər verir ki, italyan forvard 15 min avro həcmində cərimə ödəməli olacaq. UEFA rəsmi açıqlamada bəyan edib ki, buna səbəb Kassanonun fikirlərində yol verdiyi ayrıseçkilikdi. Qitə futbol qurumu ayrıseçkilik deyərkən, nəyi nəzərdə tutduğunu açıqlamasa da, Kassanonun Avro-2012-nin gedişində homoseksuallarla bağlı verdiyi açıqlamanın qurbanı olduğu güman edilir. Xatırladaq ki, turnir zamanı Kassanonun verdiyi “Mən bu haqda dəqiq bir söz deyə bilmərəm. Amma ümid edirəm ki, İtaliya millisində homoseksual yoxdur” açıqlaması böyük səs-küyə səbəb olmuşdu. Həmin vaxt məsələnin böyüdüyünü görən təcrübəli forvard iyulun 13-də verdiyi açıqlamaya görə rəsmən üzr istəmişdi. Sitat: “Mən səmimi şəkildə verdiyim şərhə görə üzr istəyirəm. Bilirəm ki, açıqlamam böyük narazılığa səbəb olub. Xüsusən də homoseksualların hüquqularını qoruyan təşkilatlar məndən narazı qalıblar. Mən heç kimin xətrinə dəymək istəməmişdim”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail