Portuqaliyalıların baş məşqçisi: “İnter” haqda məlumatım yoxdu”

21.07.2012 | 7606 dəfə oxunub

Avroliqanın üçüncü təsnifat mərhələsində “İnter”in mümkün rəqibi olan Portuqaliyanın “Maritimu” klubunun baş məşqçis Pedro Martins püşkatmanın nəticəsini dəyərləndirib. Stadium.az xəbər verir ki, 2 gün əvvəl 42 yaşını qeyd edən portuqaliyalı mütəxəssis təmsilçimiz haqda heç bir məlumata malik olmadığını bildirib: “Növbəti mərhələdə kiminlə qarşılaşacağımız məlum oldu. Ancaq rəqibimizin adı konkretləşmədiyindən, konkret söz deyə bilmərəm. Ancaq “İnter” - “Asteras” matçlarının kasetlerinə mütləq baxacağıq. Prinsipcə, bu komandaların heç biri haqqında məlumatımız yoxdur. “Asteras” Yunanıstan futbolunun təmsilçisidir. Yunanıstan futbolu isə özünə görə seçilənlərdəndi. Bu ölkənin yığması, eləcə də “Olimpiakos”, “Panatinaikos” kimi klubları Avropada sözlərini deyiblər. “İnter”ə gəlincə, bu komanda haqqında heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, tam adı Pedro Rui Mota Vieira Martins futbolçu kimi “Feirense”nin yetirməsi olub. Futbolçu karyerası ərzində yetirməsi olduğu klubla yanaşı “Gimarayş”, “Sportinq”, “Boavişta”, “Santa Clara” və “Alverca”nın şərəfini qoruyub. 1 dəfə - 1997-ci ildə Portuqaliya millisinin heyətində meydana çıxan Martins 2006-cı ildə “Uniao Lamas”da məşqçiliyə başlayıb. Daha sonra “Lusitania”, “Espinho” klublarını çalışdıran portuqaliyalı mütəxəssis 2010-cu ildə “Maritimu”nun “B”, bir müddət sonra isə əsas komandasının baş məşqçisi olub.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail