“İnter”in mümkün rəqibini yaxından tanıyaq. “Maritimu”

20.07.2012 | 6572 dəfə oxunub


Bu gün Avroliqanın III tənifat mərhələsinin püşkatma mərasimi keçirilib. Stadium.az xəbər verir ki, püşkün nəticəsinə əsasən “İnter”in mümkün rəqibi də müəyyələşib. Təmsilçimiz Yunanıstan “Asteras”ını mübarizədən kənarlaşdıracağı halda, Portuqaliyanın “Maritimu” klubu ilə qarşılaşacaq.

“Maritimu”

Madeyra şəhərini təmsil edən klubun əsası 1910-cu ildə qoyulub. Klubun rəngləri yaşıl-qırmızıdı. Komanda ev oyunlarını doğma şəhərindəki “Estádio dos Barreiros”da keçirir. Əsası hələ 1925-ci ildə qoyulan arena dəfələrlə yenidən qurulub. Hazırda tamaşaçı tututmu 8922 olan arenanın uzunluğu 105, eni isə 65 metrdi. “Maritimu”nun sahibi Karlos Pereira, baş məşqçisi isə Pedro Martinsdi. “Maritimu” son mövsümdə ölkə çempionatında beşinci yeri tutub. Bu mövsüm “Maritimu” tarixində səkkizinci dəfə avrokuboklara qatılacaq. İlk dəfə 1993-cü ildə qitə kuboklarında debüt edən portuqaliyalılar ilk mərhələdəcə Belçikanın “Royal Antverpen” klubunu ümumi nəticədə 2:4 məğlub olub. Bir il sonra “Aarau”nu ilk mərhələdə mübarizədən kənarlaşdıran portuqaliyalılar növbəti turda “Yuventus”a boyun əyib. Növbəti mövsümlərdə 2 dəfə “Lids”ə (İngiltərə), 1 dəfə “Qlazqo Reyncers”ə (Şotlandiya), 1 dəfə də “Valensiya”ya (İspaniya) uduzaraq mübarizəni dərhal dayandıran “Maritimu” qitə kuboklarında ən uğurlu mövsümünü 2 il öncə keçirib. 2010/11 mövsümündə mübarizəyə Avroliqanın ikinci təsnifat mərhələsindən başlayan “Maritimu” əvvəlcə İrlandiyanın “Sportinq Finqal” klubuna ümumi nəticədə 6:4, daha sonra isə Uelsin “Banqor Siti” klubunu 2 oyunun nəticəsinə görə 10:3 üstələyib. Lakin portuqallar play-offda “BATE”yə 1:2 və 0:3 hesabı ilə uduzaraq, mübarizəni qrup mərhələsinin bir addımlığında dayandırıb.  

“Maritimu”nun UEFA-ya təqdim etdiyi iştirak ərizəsi

Qapıçılar: 1. Peçanha, 24. Rui Pedro Correia Nunes, 47. Ricardo, 77. Romain Salin

Müdafiəçilər: 2. Igor Rossi Branco, 3. Robson, 14. Cristiano Vasconcelos, 16. Valentin Roberge, 18. Luís Olim, 21. Briguel, 41. Rúben Ferreira, 44. João Guilherme

Yarımmüdafiəçilər: 6. Sérgio Marakis, 7. Marco Aurélio Iubel, 13. Olberdam, 20. Héldon Augusto Almeida Ramos, 22. João Diogo, 23. Taiwo Hassan Olayiwola, 25. Rafael Miranda, 28. João Luiz, 29. Tchô, 30. Danilo Dias, 46. João Andre Ribeiro Vieira, 48. Fabio Felicio

Hücumçular: 10. Christian Pouga, 11. Ibrahim Obayomi, 15. Edivândio Sequeira Reis, 17. Leocisio Sami, 27. Gonçalo Abreu, 35. Fidélis



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail