Tahir Süleymanov: “Jlina” ilə “Hapoel” arasında elə böyük fərq yoxdu”

20.07.2012 | 5082 dəfə oxunub


“Neftçi” klubu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkünə münasibət bildirib. Stadium.az-ın mxübiri ilə söhbətində klubun vitse-prezidenti Tahir Süleymanov rəqibin onlar üçün bir o qədər də önəm daşımadığını bildirib. Səbəbini isə belə izah edib: “Gəlin, tələsməyək. Axl biz hələ üçüncü mərhələyə vəsiqə qazanmamışıq. Yalnız “Zestafoni” ilə cavab matçından sonra bu haqda danışmaq olar. Düzdür, ilk oyunda sonra üstünlük qazanmışıq. Amma bu, arxayınlaşmağa əsas vermir. Həm “Jlina”, həm də “Hapoel” güclü rəqiblərdi. Onsuz da Çempionlar Liqası turnirində zəif rəqib olmur. Burada ölkələrin çempionları oynayır. Biri Slovakiya, digəri isə İsrail çempionudu. Hər iki ölkənin futbolunun səviyyəsi isə hər birimizə məlumdur. Onu deyə bilərəm ki, bizi qarşıda gərgin mübarizə gözləyir. İlk növbədə “Zestafoni”ni keçib, sonra üçüncü mərhələ haqda düşünəcəyik”.

“Jlina” ilə “Hapoel”dən daha çox hansını rəqib qismində görmək istərdiniz” sualını isə Süleymanov belə cavalandırıb: “Dediyim ki, bu yarışda zəif rəqib yoxdur, həm “Jlina”, həm də “Hapoel” güclüdü. Yəni bu klublar arasında elə də böyük fərq yoxdu. Kim qarşımıza çıxsa, onunla oynayacağıq. Məqsədimiz Azərbaycan futbolunu beynəlxalq arenada yaxşı şəkildə təmsil etməkdi”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail