“Neftçi”nin potensial rəqibini yaxından tanıyaq. “Jlina”
Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Stadium.az xəbər verir ki, püşkün nəticəsinə əsasən çempionumuz "Neftçi" ikinci mərhələdə “Zestafoni”ni keçəcəyi halda, növbəti turda “Jlina” (Slovakiya) - “Hapoel” (Kiryat Şimon, İsrail) cütünün qalibi ilə görüşəcək. Komandalar arasında Slovakiyada baş tutan ilk matçda “Jlina” 1:0 hesabı ilə qalib gəlib. “Neftçi”nin potensial rəqibini daha yaxından təqdim edirik.
“Jlina” (Slovakiya)
“Jlina” klubu Slovakiyanın eyniadlı şəhərini təmsil
edir. Klubun əsası 1908-ci ildə qoyulub. 1 il sonra iyunun 20-dən komanda rəsmi
olaraq qeydiyyatdan keçib. Klubun ləqəbi “sosonilər” və “sarı-yaşıllar”dı. Komanda
ev oyunlarını doöma şəhərindəki “Stadion pod Dubnom”da keçirir. 1941-ci ildə əsası
qoyulan arena UEFA tərəfindən 3 ulduza layiq görülüb. Uzunluğu 105, eni isə 68
metr olan stadionunun tamaşaçı tututmu 11200-dü. “Jlina”nın sahibi Jozef
Antosik, baş məşqçisi isə Frans Adelaardı. Holland mütəxəssis 2012-ci ildən “Jlina”ya
başçılıq edir. Slovakiya müstəqillik qazandıqdan sonra “Jlina” 6 dəfə (2001-02,
2002-03, 2003-04, 2006-07, 2009-10, 2011-12) ölkə çempionu olub. Bu il tarixində
ilk dəfə ölkə kubokuna yiyələnə jlinalılar 4 dəfə də ölkə superkubokunun qalibi
olub. “Jlina”Nın aktivində həmçinin 1928 və 1929-cu illərdə qazanılan ölkə
çempionluğu da var. “Jlina” avrokuboklarda ən böyük uğurunu 1963-cü ildə
qazanıb. Həmin vaxt slovakiyalılar artıq tarixin yaddaşına köçmüş Kuboklar
Kubokunda 1/4 finaladək irəıliləməyi bacarıb. Hazırda “Jlina” UEFA-nın klublar
reytinqində 114-cü yeri tutur. 2010-cu ildə Çempionlar Liqasının qrup mərhələsinə
yüksələn “Jlina”nın ötənilki avropa macərası uğursuz alınıb. Slovakiya təmsilçisi
ötən il mübarizəyə Avroliqanın ikinci mərhələsindən qoşulub və startdaca
İslandiyanın “Reykyavik” klubuna uduzub 2:0 – 0:3. 2005-ci ildə “Bakı” ilə UEFA
kubokunun ilk mərhələsində görüşən “Jlina” təmsilçimizi mübarizədən kənarlaşdırmağı
bacarıb - 0:1 və 3:1.
“Jlina”nın
bu mövsüm Çempionlar Liqasında UEFA-ya təqdim etdiyi iştirak ərizəsi:
Qapıçılar:
22.Martin
Krnáč, 26.František Plach, 30.Martin Dúbravka, 44.Dominik Holec, 89.Patrik Le Giang
Müdafiəçilər: 2.Stanislav Angelovič, 5.Serge Akakpo, 7.Vladimír
Leitner, 15. Jozef Piaček, 19.Ali Ceesay, 45.Ernest Mabouka, 77.Ricardo Nunes
Yarımmüdafiəçilər:
3.Milan
Škriniar, 6.Miroslav Káčer, 9.Roman Gergel, 11.Miroslav Barčík, 12.Viktor
Pečovský, 20.Peter Šulek, 23.Jaroslav Mihalík, 29.Jakub Paur
Hücumçular: 10.Tomáš Majtán, 14.Ján Novák, 17.Róbert Pich, 18.Momodou
Ceesay, 21.Guima , 24.Jean Deza, 28.Babatounde
Bello
Slovakiya
çempionu “Hapoel”ə qarşı ilk matçını isə bu heyətlə keçirib:
30.Martin Dúbravka, 7.Vladimír Leitner, 11.Miroslav Barčík (c)(2.Stanislav
Angelovič 90+2),12.Viktor Pečovský, 15.Jozef Piaček, 17.Róbert Pich, 18.Momodou
Ceesay (24.Jean Deza 70), 20.Peter Šulek, 21.Guima (10.Tomáš Majtán 58), 45.Ernest
Mabouka, 77.Ricardo Nunes
Qeyd edək ki, “Hapoel”lə matçda “Jlina”ya qələbə gətirən
yeganə qolu matçın sonuna 8 dəqiqə qalmış müdafiəçi Piacek vurub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |