"Neftçi" "Jlina" - "Hapoel" cütünün qalibi ilə qarşılaşacaq YENİLƏNİB

20.07.2012 | 7171 dəfə oxunub



Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Stadium.az xəbər verir ki, həmişəki kimi İsveçrənin Nyon şəhərində baş tutacaq mərasimdə “Neftçi”nin potensial rəqibləri məlum olacaq.

“Neftçi” - “Zestafoni” cütünün qalibinin potensial rəqibləri:

“Flora” (Estoniya) - “Bazel” (İsveçrə) cütünün qalibi

“Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Xorvatiya) cütünün qalibi

“Jlina” (Slovakiya) - “Hapoel” (İroni Kiryat, İsrail) cütünün qalibi

“Valletta” (Malta) - “Partizan” (Serbiya) cütünün qalibi

 “Seltik” (Şotlandiya)

Qeyd edək ki, potensial rəqiblərdən dördü - “Bazel”, “Dinamo”, “Jlina” və “Partizan” ayrı-ayrı vaxtlarda klublarımızla avrokuboklarda görüşüb.

“Bazel” 2009/10 mövsümündə Avroliqanın play-off mərhələsində “Bakı” ilə qarşılaşıb. Səfərdə 3:1, öz meydanında isə 5:1 hesabı ilə qalib gələn isveçrəlilər Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Ötən il Zaqreb “Dinamo”su məhz “Neftçi” ilə görüşüb. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çempionumuza rəqib olan xorvatlar evdə 3:0-lıq qələbə qazandıqdan sonra Bakıda qolsuz bərabərlik əldə edərək, növbəti mərhələyə yüksəliblər.

“Jlina” 2004/05 mövsümündə UEFA liqasının ilk mərhələsində “Bakı” ilə görüşüb. Paxytaxtda 1:0- hesbaı ilə üstün olan təmsilçimiz səfərdə rəqibə 1:3 uduzaraq, avrokuboklarla ilk mərhələdəcə vidalaşıb.

“Partizan”la yollarımız “İnter”in sayəsində Çempionlar Liqasında kəsişib. 2008/09 mövsümünün ikinci təsnifat mərhələsində Bakıdan qollu bərabərliklə ayrılan (1:1), sebrlər evdə cavasız top vuraraq, növbəti tura yüksəlib. 

***

Tədbir artıq start götürülüb. Mərasimi UEFA-nın baş katibi Gianni İnfantino açıq elan etdi. İtalyan futbol funksionerinin nitqindən sonra püşkatmada təmsil olunacaq komandaların adları sadalandı.   

*** 

Püşkatmaya start verildi. 

***

Artıq "Neftçi"nin potensial rəqibləri məlumdur. Çempionumuz "Zestafoni"ni keçəcəyi halda "Jlina" (Slovakiya) - "Hapoel" (Kiryat Şimon, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, komandalar arasında baş tutan ilk matçda "Jlina" öz meydanında 1:0 hesabı ilə qalib gəlib.    

***

Maribor" (Sloveniya) - "Jelezniçar" (Bosniya və Hersoqovina") / "Dudelanj" (Lüksemburq) - "Zalsburq" (Avstriya) 

"BATE" (Belarus) - "Vardar" (Makedoniya) / "Skenderbeu" (Albaniya) - "Debretsen" (Macarıstan)

ÇFR (Rumıniya) / "Slovan" (Çexiya) - "Şaxtyor" (Qazaxıstan)

"Anderlext" / "Şemrok Rovers" (İrılandiya) - "Ekranas" (Litva)

"Buduçnost" (Çernoqoriya) - "Şlask" (Polşa) / TNS (Uels) - "Helsinborq" (İsveç)

"Uilsess" (Ermənistan) - "Şerif" (Moldova) / "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) 

"Seltik" - "HİK" (Finlandiya) - KR (İslandiya)

"Mölde" (Norveç) - "Ventspils" (Latviya) / "Flora" (Estoniya) - "Bazel" (İsveçrə)

"AEL Limassol" (Kipr) - "Linfild" (Şimali İrlandiya) / "Valletta" (Malta) - "Partizan" (Serbiya)

"Fənərbaxça" (Türkiyə) - "Vasluy" (Rumıniya)

"Motervvel" (Şotlandiya) - "Panatinaikos" (Yunanıstan)

"Kopenhagen" (Danimarka) - "Brügge" (Belçika)

"Dinamo" (Kiyev, Ukrayna) - "Feyenord" (Hollandiya)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail