Hayns Barnettler: “İnter”in iddiası və maliyyə şərtləri seçimimdə həlledici oldu”

19.07.2012 | 5867 dəfə oxunub

“İnter”in yeni transferi Hayns Barnettler İsveçrə mətbuatına müsahibə verib.

- Sizi Bakıda necə qarşılandılar?

- Çox isti qarşıladılar. Mən gəldiyim gündən işimə peşəkar yanaşacağam. Əvvəl tibbi müayinədən keçdim, sonra müqavilə imzaladım.

- İsveçrəni tərk etməyinizin bir qədər gözlənilməz oldu.

- Müqaviləm başa çatanda agentim mənə Azərbaycanda oynamağı məsləhət gördü.

- Bunu eşidəndə reaksiyanız necə oldu?

- Çox təəccübləndim. Təklifi qəbul etməzdən əvvəl çox tərəddüd edirdim. Lakin “İnter” və Bakı şəhəri haqda məlumat toplayandan sonra qərarımı verdim. Klubda görülən işləri biləndə bədbinliyim arxada qaldı.

- Ətrafınızdakılar bunu necə qarşıladı?

- Onlar da bədbin idi. Lakin artıq bu keçib.

- Artıq Bakı ilə tanış olmusunuz. Şəhəri necə təsvir edə bilərsiniz?

- Bakını Dubay ilə müqayisə etmək olar. Dənizin kənarında çox əla iqlim var. Çox təəccübləndim. Klub çox peşəkar idarə olunur. Stadionda da təmir işləri aparılır ki, arena 1 aya hazır vəziyyətdə olacaq.

- Azərbaycan çempionatında nəyə ümid edirsiniz?

- “İnter” ötən mövsümü 3-cü yerdə bitirib. 2012/13 mövsümündə çempion olmağa iddialıdır. Premyer Liqa avqustun 4-də start götürür. Bununla yanaşı Avropa Liqasında çıxış edən komanda qrup mərhələsinə düşməyə iddialıdır. Bu iddianın özü çox şeydən xəbər verir.

- “İnter”də debütünüz nə vaxtdır?

- Artıq bu gün Yunanıstan “Asteras”ı ilə oyunumuz var. Amma çətin ki, ilk qarşılaşmada meydana çıxım. Çünki komandanın düşərgəsinə yeni qoşulmuşam. Nə vaxt oynayacağımı isə bilmirəm.

- Azərbaycana yollanmaqla diqqətdən kənar düşəcəyinizdən qorxmursuz ki?

- Əksinə, “İnter”ə keçidim mənim inkişafıma xidmət edəcək. Baş məşqçimiz gürcüstanlı Kaxaber Sxadadze vaxtilə “Ayntraxt”, “Mançester Siti”, “Spartak”, “Dinamo” kimi klublarda oynayıb. Onun rəhbərliyi altında çıxış etməklə yeni uğurlara nail olacağam.

- “İnter”i seçərkən başqa klublardan təkliflər var idi?

- Var idi. Lakin mənim üçün komandanın iddiaları və maliyyə şərtləri həlledici oldu.

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail