“Lex”in müdafiəçisi: “Xəzər Lənkəran”ın bu cəhətini mütləq nəzərə almalıyıq”

18.07.2012 | 6196 dəfə oxunub

Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Xəzər Lənkəran”ın qonağı olacaq Polşanın “Lex”klubunun 3 nömrəli müdafiəçisi İvan Djurdjeviç Polşa mətbuatına müsahibə verib.

- Azərbaycana səfər necə keçdi?

- Hələ Polşada olarkən bizi uzun yolun gözlədiyini demişdim. Belə də oldu. Uzun yol qət etdikdən sonra Lənkərana gəlib çatdıq. Yolun bu qədər uzun olacağını bilmirdim.

- Yol yorğunluğu var?

- Əlbəttə. Amma bunu unutmalıyıq və ancaq oyunu düşünməliyik.

- Bu amil oyununuza təsir göstərməyəcək?

- Düşünürəm ki, yox. Bu gün Lənkəranda məşqə çıxacağıq. Yəqin ki, yüngül məşq olar. Axşam dincəlib, sabah tam bərpa olunmuş halda oyuna çıxacağıq.

- “Xəzər Lənkəran”la qarşılaşma barədə nə düşünürsən?

- Çətin olacaq. “Xəzər Lənkəran”ın iştirakı ilə olan oyunların videoyazısına baxmışıq və bilirik ki, güclü futbolçuları var. Həm də evdə, doğma azarkeşlərinin dəstəyi altında oynayacaqlar. Şansları bərabər görürəm.

- Sabahkı oyunda hansı nəticə sizi qane edir?

- Prinsipcə, hamını qələbə qane edir. Odur ki, biz də buna çalışacağıq. Çünki burada qazanılan qələbə növbəti mərhələ üçün şanslarımızı artıracaq. Ancaq müdafiədən də diqqətli oynamalıyıq. Bildiyimə görə, Lənkəran futbolçuları standard vəziyyətlərdən yaxşı istifadə etməyi bacarırlar. Deməli, bunu mütləq nəzərə almaq lazımdır.

- Qarşıya qoyduğunuz hədəf dəyişməyib ki?

- Xeyr, hədəf dəyişməyib və məqsədimiz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail