“Lex”in baş məşqçisi: “Heç-heçə barədə düşünmürük belə”

18.07.2012 | 5756 dəfə oxunub

Sabah Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Xəzər Lənkəran”ın qonağı olacaq Polşanın “Lex” klubunun baş məşqçisi Mariusz Rumak oyunöncəsi mətbuat konfransı keçirib.

- Lənkərana necə gəlib çıxdınız?

- Gecikdiyimiz üçün üzr istəyirik. Yolun bu qədər uzun olacağını bilmirdik. Yol bizim üçün çətin və uzun keçdi. Uçuşla bağlı problem olmadı. Problem ancaq Bakıdan Lənkərana gəlməyimiz idi. Ancaq hər şey plan üzrədir. Oyuna hazırıq.

- Ötən mərhələdə qarşılaşdığınız “Jetısu” ilə “Xəzər Lənkəran”ı müqayisə edəndə, hansı fərqləri qeyd edə bilərsiniz?

- “Xəzər Lənkəran”ın futbolçuları daha texnikalıdır. Lənkərandakı stadion da daha yaxşıdır. Burda oynamaq daha yaxşı olacaq.

- Özünüzlə birgə cəmi 2 hücumçu gətirmisiniz. Bu o deməkdir ki, sabah müdafiə futbolu oynayacqsız?

- Bu yalnış məlumatdır. Biz bura 4 hücumçu ilə gəlmişik. Oyunun gedişi zamanı hər şeyi dəyişə bilərik. “Jetısu” ilə cavab oyununda 3 hücumçuyla mübarizə apardıq.

- “Xəzər Lənkəra”ın oyununu artıq izləmisiniz. Hansı futbolçuları xüsusi qeyd edə bilərsiniz?

- “Xəzər Lənkəran”ın heyətində yaxşı futbolçular cəmləşib. Kimisə xüsusi fərqləndirə bilmərəm. Bir çox futbolçular böyük təcrübəyə malikdirlər. Düşünmürəm ki, “Xəzər Lənkəran”ın oyunu hansısa futbolçudan asılıdır.

- Sabahkı oyun şansları necə dəyərləndirirsiniz?

- Məni yalnız qələbə maraqlandırır. Heç-heçə barədə düşünmürük belə.

- Belə başa düşdük ki, cütün taleyini ilk oyundaca həll etmək istəyirsiniz?

- Xeyr, cütün qalibi cavab oyununda məlum olacaq. Hər şeyə Poznandakı matçın sonunda aydınlıq gələcək.  

- “Xəzər Lənkəran”la oyunların nəticələri baş məşqçi postundakı fəaliyyətinizə təsir edə bilərmi?

- Bu sualı mən yox, rəhbərlik cavablandıra bilər.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail