Fabio Kapello: “Seçmə mərhələdə yer aldığımız qrup heç də zəif deyil”

18.07.2012 | 4899 dəfə oxunub

Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello “Marca”ya müsahibə verib. Stadium.az italyan mütəxəssisin maraqlı fikirlərini təqdim edir.

* Biz Rusiya Futbol İttifaqı ilə ötən həftə razılığa gəldik. Amma orada bir qədər fikir ayrılığı var idi. Rusiyada bəziləri millinin baş məşqçisi postunda yerli mütəxəssisi görmək istəyirdi. Amma təşkilatın rəhbəri mənə üstünlük verdi.

* Rusiya millisini çalışdıracağıma görə çox şadam. Qarşıda görməli olduğum çox iş var. Bu təyinat mənim üçün yeni bir çağırışdır.

* Qarşımızda duran əsas vəzifə Dünya Çempionatı-2014-ə vəsiqə qazanmaqdı. Rusiya millisinin yer aldığı qrup heç də zəif deyil. Amma mən inanıram ki, biz qarşımıza qoyduğumuz məqsədə nail olacağıq.

* Məni narahat edən əsas məsələ Rusiya Premyer Liqasındakı legioner limitidi. Orada meydana 11 əcnəbi və yalnız 4 yerli futbolçu çıxır. Buna görə də bizi qarşıda çox çətin iş gözləyir.

* Mən istərdim ki, İspaniya millisi ilə qarşılaşaq. Amma Rusiya millisinin planları artıq nəzərdə tutulub.

* Artıq işə başlamaq və Rusiya millisindən möhtəşəm komanda yaratmağın vaxtıdır.

Xatırladaq ki, Rusiya millisi Dünya Çempionatı-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə bir qrupda yer alıb.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail