Qurban Qurbanov: “Bu mövsüm əsas hədəfimiz çempionluqdu”

18.07.2012 | 5120 dəfə oxunub

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qardaş ölkə mətbuatına müsahibə verib. Stadium.az Qurban Qurbanovun açıqlamalarını təqdim edir:

* Qızılcahamamda çox gözəl təlim-məşq toplanışı keçdik. Burada iki yoldaşlıq görüşündə qüvvəmizi sınadıq və yeni mövsümə hazır bir şəkildə Azərbaycana qayıtdıq. Lakin təlim-məşq toplanışı üçün yenidən Türkiyəyə gəldik.

* Bu mövsüm əsas hədəfimiz çempionluq olacaq. Əgər bunu bacarmasaq, ən azı Avrokuboklara qatılmağı istəyirik.

* Türkiyə futbolu hazırda yaxşı vəziyyətdədir. Ancaq bəzən uğursuzluqlar da olur.

* Türkiyə Superliqasını yaxından izləyirəm. Çox yaxşı çempionatdır. Orada xeyli sayda bəyəndiyim futbolçu var.

* Azərbaycan Premyer Liqasında türk futbolçuları görmək istəyirik. Ancaq hələlik bunu düşünə bilmirik. Çünki Superliqa bizim çempionata nisbətən daha öndədir.

* Azərbaycanda futbol hələ yeni-yeni inkişaf edir. Daha öncə bizdən bir neçə futbolçu Türkiyə Superliqasında oynayıb.

* 3-4 ildən sonra bizim çempionatın daha da inkişaf edəcəyini və bir çox futbolçumuzun Superliqada oynayacağına inanıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail