Hubert Vołakievicz: “Lənkəranda mütləq qol vurmalıyıq”

18.07.2012 | 3794 dəfə oxunub

Sabah Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq Polşanın “Lex” klubunun müdafiəçisi Hubert Vołakievicz müsahibə verib. Stadium.az 26 yaşlı Hubertin bəzi açıqlamalarını təqdim edir:  

* Kiminlə, harda oynamağımızdan asılı olmayaraq, biz həmişə qələbə qazanmaq istəyirik. Bizim devizimiz məzh budu. Avroliqanın qrup mərhələsinə düşməyi hədəfləmişik. Böyük futbolun dadını hiss etmək istəyirik.

* Məşqçilərimiz nə etdiklərini yaxşı bilirlər. Biz onlara tam inanırıq. “Xəzər Lənkəran”la oyunlar bizim üçün çox vacibdi. Oyundan-oyuna artırırıq. Bu da bizi ancaq sevindirə bilər.

* Təbii ki, 2008-ci ildə “Xəzər Lənkəran” üzərində doğma meydanda qazandığımız 4:1 hesablı qələbəni yaxşı xatırlayıram. Hazırda isə çox şey dəyişib. Məsələn, növbəti rəqibimiz “Jetisu” (Qazaxıstan) ilə müqayisədə daha güclüdü. Lakin hər şeyə qarşıdakı oyunlardan sonra aydınlıq gələcək.

* Lənkəranda baş tutacaq səfər matçında mütləq qol vurmaq lazımdır. Belə olan halda biz daha yaxşı şans qazanmış olacağıq.

* Azərbaycan və Qazaxıstan kimi ölkələrin futbolu hazırda inkişaf etməkdədi. Onlar da indi Avropanın qalan ölkələrinə çatmaq istəyirlər. Lakin biz rəqibimizin azərbaycanlılar və ya almanlar olmasından asılı olmayaraq, öz işimizi görməliyik.

* “Jetısu” ilə səfər matçının ilk 15 dəqiqəsində çox pis oyun sərgilədik. Bu, müəyyən qədər yorğunluqla bağlı idi. Çünki yolda çox vaxt keçirmişdik. Amma məşqçilərin sözlərinə görə, Azərbaycanda bu, təkrarlanmamalıdı.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail