Sadıq Sadıqov: “Neftçi”nin oyunundan razı qaldım, mənə ləzzət elədi”

18.07.2012 | 4410 dəfə oxunub

Dünən Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında Gürcüstan çempionu “Zestafoni”ni darmadağın edən “Neftçi”nin prezidenti Sadıq Sadıqov oyundan sonra jurnalistlərin suallarının cavablandırıb.

- İlk əvvəl qarşılaşma barədə fikirləriniz bilmək maraqlı olardı.

- Əvvəlcə sizin hamınıza öz minnətdarlığımı bildirirəm. Çünki azarkeşlərin stadiona gəlməsində jurnalistlərin də böyük rolu oldu. Stadionda həqiqətən anşlaq yaşandı. Baxmayaraq ki, yollarla bağlı bəzi problemlər oldu, tıxsaclar nəticəsində azarkeşlər oyuna gecikdilər, amma bununla belə, bizə böyük dəstək oldular. Az öncə qeyd etdiyim kimi, bu dəstəkdə sizin də böyük əməyiniz oldu, saytlarda, qəzetlərdə öz yazılarınızla azarkeşləri stadiona dəvət etdiniz.

- “Neftçi”nin cütün taleyini ilk oyundaca həll etdiyini demək olar?

- Yox, hələ onu demək olmaz. Çünki hələ bizi qarşıda daha bir çətin oyun gözləyir və həmin oyuna çox ciddi hazırlsşacağıq, buna vaxtımız da var. Bildiyiniz kimi, komandaya 7 yeni oyunçu gəlib. Onların eləsi var ki, bu gün ikinci, üçüncü dəfədir “Neftçi”nin formasında meydançaya çıxırdı. Hələ komanda tam olaraq, bir-birinə uyğunlaşmayıb. Yəqin ki, gələcək oyunlarda bunu da görəcəyik. Çalışacağıq ki, uğurlu çıxışımızla Azərbaycan xalqını sevindirək.

- Komandanızın böyükhesabla qalib gələcəyini gözləyirdiniz?

- Xeyr. Yeri gəlmişkən, bu qələbəmizi baş məşqçimiz, hazırda xəstəxanada olan Böyükağa Hacıyevə həsr edirik. İnanıram ki, bu oyun onun şəfa tapmasında rol oynayacaq.

- Sizcə, “Neftçi” bu il avrokubokların qrup mərhələsinə düşə biləcək?

- Allahın qisməti.

- “Zestafoni”ni mübarizədən kənarlaşdırdıqdan sonra komandaya yeni futbolçular cəlb olunacaq?

- Xeyr, yeni transferə ehtiyac yoxdur. Sadəcə, bu komandaya bir qədər vaxt lazımdır ki, birlikdə oynayıb stabilləşsin. Hələ qarşıda “Zestafoni” ilə cavab qarşılaşmamız var. Bu mərhələni keçək, sonra digər məsələlər haqqında düşünərik. İndidən heç bir proqnoz vermək olmaz. Hər şeyi zaman göstərəcək.

- Komandaya yeni qoşulan futbolçuların çıxışını necə dəyərləndirərdiniz?

- Yeni transferlərimizlə bağlı bütün məlumatları vermişik, hamısı səviyyəli oyunçulardı, öz ölkələrinin milli komandaılarının şərəfini qoruyurlar. Düzdür, “Zestafoni” ilə matçda Avstriya toplanışda olduğu kimi oynamadılar, amma mən onlara inanıram.

- Yeni transferlərdən ən çox kimin çıxışını bəyəndiyiniz?

- Gəlin, komandanı bir-birinə vurmayaq. Komanda olaraq oyundan razı qaldım, mənə ləzzət elədi.

                   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail