Tərlan Əhmədov: "Bizi cavab qarşılaşmasında çox ağır oyun gözləyir"

17.07.2012 | 6920 dəfə oxunub


"Neftçi"nin məşqçisi Tərlan Əhmədov "Zestafoni" ilə oyundan sonra baş məşqi Böyükağa Hacıyevin yoxluğunda mətbuat önünə çıxdı. Əhmədov qarşılaşmanı belə dəyərləndirdi: "Əvvəla qələbəni Böyükağa Hacıyevə həsr edirik, Allah onun şəfasın versin, tezliklə qayıdıb, komandanın başına dönsün. "Zestafoni"nin bütün oyunlarını izləmişdik, onala açıq zona vermək olmazdı, onlar boşluqlardan daha yaxşı yararlanırlar. İlk dəqiqələrdən təşəbbüsə yiyələndik, əsas olan nəticəni də əldə etdik. Biz deməzdik ki, mərhələni keçmişik. Bizi səfərdə daha ağır oyun gözləyir. Bizi cavab qarşılaşmasında çox ağır oyun gözləyir. Bu, təkcə bizim yox, bütün Azərbaycanın qələbəsidir. Biz onlara oynamq üçün imkan vermədik. Onlara boşluq versəydik, bəlkə də, onlar daha yaxşı oynayardılar. Biz rəqibdən qorxmuruq, sadəcə ehtiyat edirik. Onların hər iki cinah müdafiəçisi güclü futbolçulardı. Cavab oyununda da onlara qarşı çox diqqətli olmalıyıq. Biz daha tez yorulduq, futbolçularda yorğunluq vardı. "Neftçi"dən daha çox gözlənilir, bu da oyunçularda gərginlik vardı. Burada da ən çox həyacan vardı. Raufun ayağında çox uğur var, onun əməyi də çoxdu. Rauf bizə düşərli futbolçudur, böyük ehtimalla cavab oyununda da Rauf qapıda dayanacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail