Sakis Tsiolis: “İnter”lə bizi ağır oyun gözləyir”

17.07.2012 | 10654 dəfə oxunub

Avroliqanın ikinci təsnifat mərhələsində “İnter”in rəqibi olan Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis öz ölkəsinin mətbuatına müsahibə verib.

- “İnter”lə oyuna hazırlığı başa vurub, Azərbaycana yollanırsınız. Komanda səfər matçına nə dərəcədə hazırdır?

- Bu, bizim üçün çətin sınaq olacaq. “İnter” yaxşı komandadır və bizi ağır oyun gözləyir. Bu müddətdə komandamızı lazımı dərəcədə hazırladıq. Rəhbərlik komandanın təşkilatlanması üçün hər şey edib. Bizə ən yaxşı şəkildə şərait yaratdılar. Karpenisidəki idman mərkəzində hazırlaşdıq. Ora komandanın sürətli və ən yaxşı şəkildə hazırlığı üçün bütün tələblərə cavab verir.

- Komandadakı çatışmazlıq hansıdır?

- Çatışmazlıq odur ki, oyunlar keçirsək də, komanda ritmini tuta bilmədik. Ancaq mərc gəlirəm ki, “İnter”ə qarşı 2 oyunda ötən ilki komandamız olacaq. Hesab edirəm ki, futbolçularımız oyuna köklənərək, yaxşı çıxış edəcəklər. Biz çətinliklərdən qaçmaq istəyirik. Çempionatda ilk oyuna daha yaxşı hazırlıqlı olmağa çalışacağıq.

- Superliqanın növbəti mövsümündən nə gözləyirsiniz?

- Nə qədər çətin olsa da, biz ötən mövsümdə Avroliqaya vəsiqə qazana bildik. Əsas rəqiblərimiz “Olimpiakos”, “Panatinaikos”, AEK, PAOK-dur. Bu, həqiqətən çətin çempionatdır. Yaxşı start vacib rol oynayır. Komanda çempionata yaxşı başlamaqla, yaxşı atmosfer və gələcək üçün yaxşı şərait yaranır. Biz çətinliklərdən qaçmaq istəyirik. Çempionatda ilk oyunumuza qədər daha yaxşı hazırlıqlı olmağa çalışacağıq.

- Yığmamızın Avropa çempionatında uğurlu çıxışı haqda nə deyə bilərsiniz?

- Gənclərimizin çıxışı göstərir ki, Yunanıstanda çoxlu yaxşı material var. Yığmada yer alan futbolçularımızdan Dimitris Kurvelislə Anastasios Bakasetas ötən il komandamızda oyun praktikası qazanaraq, yerlərini tutdular. İnanmaq istərdim və ümid edirəm ki, bu il onlar üçün daha məzmunlu olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail