“Lex”in kapitanı: “Səfərdən yaxşı nəticə ilə geri dönəcəyik”

17.07.2012 | 5629 dəfə oxunub

“Azərbaycanda əvvəllər də olmuşam. Həm “Lex”in, həm də Polşa millisinin heyətində. Bilirəm ki, bizi uzun yol gözləyir. Bakıya çatdıqdan sonra avtobusla daha 5-6 saat yol getməli olacağıq. Deməli, yol yorğunluğu qaçılmazdı”. Stadium.az xəbər verir ki, bu sözləri Avroliqanın ikinci mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lex” klubunun kapitanı Rafal Muravski deyib. Bir vaxtlar Rusiyanın “Rubin” klubunda top qovan yarımmüdafiəçi komandasının səfərdən sərfəli nəticə ilə dönə biləcəyinə inanır: “Komandamız “Xəzər Lənkəran”la oyuna yaxşı hazırlaşıb və inanıram ki, bütün çətinliklərə baxmayaraq, səfərdən yaxşı nəticə ilə geri dönəcəyik. “Xəzər Lənkəran”ın iştirak etdiyi bəzi oyunların kasetini izləmişik. Buna əsaslanıb deyərdim ki, “Xəzər Lənkəran” standard vəziyyətləri yaxşı yerinə yetirir. Elə ilk mərhələdə vurduqları 4 qoldan üçünü də məhz bu cür epizoddan vurublar. Deməli, hava toplarında bacardıqca diqqətli olmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail