Tərlan Əhmədov: “Əsas məqsədimiz “Zestafoni”yə bu faciəni yaşatmaqdı”

16.07.2012 | 7069 dəfə oxunub

Sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Dalğa Arena”da Gürcüstan çempionu “Zestafoni”ni qəbul edəcək “Neftçi”nin məşqçisi Tərlan Əhmədov bu gün oyunqabağı mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, gənc məşqçi hazırlıq prosesi, komandaya qoşulan yeni futbolçular və digər məsələlər barədə danışıb.

- Hazırlıq necə keçib?

- Bu oyuna kimi iki mərhələdə hazırlıq keçmişik. Birinci mərhələ fiziki, ikinci mərhələ isə taktiki plan üzərində qurulub. Deyə bilərəm ki, hər iki mərhələ uğurla başa çatıb. Yeni futbolçular da komandamıza uğurla adaptasiya olub. Şükürlər olsun ki, yeni zədələnən futbolçumuz da yoxdur. Hazırda əsas məqsədimiz bu mərhələni keçməkdir. Özünüz də görəcəksinizki, “Neftçi” çox güclənib.

- Rəqibin oyununu izləmisiniz?

- "Zestafoni"nin oyunlarını izləmişik. Rəqibin "Styaua" ilə, eləcə də bir neçə çempionat oyunlarına baxmışıq. Onları çox yaxşı analiz etmişik. Zəif və güclü cəhətlərini bilirik.

- Bilirsiniz ki, bu mərhələni keçə bilməsəniz, ictimaiyyətin qınaq obyetinə çevriləcəksiniz?

- Bunu da çox yaxşı dərk edirik. Hətta ikinci mərhələdə uduzsaq da, eyni hal yaşanacaq, yenə hamı bizi qınayacaq. Buna görə də, ancaq turu keçib, qrupa düşməyə köklənmişik.

- Böyükağa Hacıyevin olmaması oyunatəsir göstərə bilər?

- Allah Böyükağa müəllimə şəfa versin. İstəyirik ki, tezliklə sağalıb, komandanın başına dönsün. Özü oyunda olmasa da, tapşırıqlarını verib. Hətta heyəti də onunla məsləhətləşib, müəyyənləşdirəcəyik. İnşallah biz udsaq, o da sağalacaq.

- Yeni gələnlər komandadan gedənləri əvəzləyə bilir?

- Həyatda əvəzolunmaz futbolçu yoxdur, amma təkrarolunmaz futbolçu var. Gedənlər bizim əzizlərimiz və qardaşlarımız idi. Həyat davam edir, komandaya yeni ab-hava lazım idi. Mən deyə bilərəm ki, gələnlər gedənlərdən daha güclüdür. Bunu sabahkı oyunda da özünüz görəcəksiz.

- Hansı nəticə sizi qane edəcək?

- Cütün taleyini elə buradaca həll edə biləcək istənilən nəticəyə razıyıq. Çalışacağıq ki, ilk növbədə qol buraxmayaq. Maksimim dərəcədə də qol vurmağa çalışacağıq. 

- Bundan sonra da heyətə yeni futbolçu alınması nəzərdə tutulur?

- Əgər mərhələ keçə bilsək,bir-iki oyunçu da almaq fikrimiz var.

- Rodriqinyonun vəziyyəti necədir?

- Rodriqinyo artıq məşqlərə başlayıb, məşq üçün tam hazırdı. Hələlik risk edib, onu oynatmayacağıq. O, ancaq çempionata tam hazır olacaq.

- Yeni gələn hücumçu Bahadırı əvəzləyə bilir?

- Bahadırın etdiyini heç kim edə bilməz. Onun əzmkarlığı, rəqibi çaşdırmaq kimi xüsusiyyətləri var. Kanalesin də öz üstünlükləri var. Sabah özünüz hamısını görəcəksiz.

- Gürcülərin baş məşqçiləri deyibki, "Neftçi"ni keçə bilməsələr bu, onlar üçün faciə olacaq...

- Kimlərinsə fikiri bizi maraqlandırmır. Onlar bizi keçə bilməsələr, bunu faciə kimi dəyərləndirə bilərlər. Bizim də əsas məqsədimiz onlara bu faciəni yaşatmaqdır. Gələn futbolçuların heç birindən narazılığımız yoxdur, hamısının gördüyü işlər bizi qane edir.

- Onlar sabah sizi meydanda təxribatada çəkə bilərlər...

- Gürcülər çox şeyə əl ata bilərlər, amma biz futbolçularımıza hər şeyi başa salmışıq. Çünki onlardan çox şey gözlənilir, sadəcə bizim futbolçular soyuqqanlı olmalıdırlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail