Rail Məlikov: “Belə olsaydı, oyunu pulla həll edərdik”

16.07.2012 | 5911 dəfə oxunub

“Komandamız ötən mövsümə nisbətən daha da güclənib. Deyə bilərəm ki, sabahkı oyunda yeni “Neftçi”nin ifasında yeni oyun üslubu görəcəksiniz”. Stadium.az xəbər verir ki, bu sözləri sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Dalğa Arena”da Gürcüstan çempionu “Zestafoni”ni qəbul edəcək “Neftçi”nin kapitanı Rail Məlikov deyib. Rail azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını bildirib: “Mən bir dəfə Gürcüstan təmsilçisinə qarşı oynamışam. İki dəfə isə klublarımız Gürcüstan təmsilçilərinə uduzub. Amma necə deyərlər, atalar üçdən deyib. Bu dəfə mərhələni onlar yox, biz keçməliyik. Üzümü azarkeşlərə tutub deyirəm ki, onların dəstəyinə böyük ehtiyacımız var, sabah bizi tək qoymasınlar. Futbolu pul həll eləmir. Əgər bu oyunu pul həll etsəydi, onda heç bu qədər əziyyət çəkib, ailəmizdən ayrı düşüb, xaricə toplanışa getməzdik. Oturardıq evdə, oyunu da pulla həll edərdik”.



  #2   Adınız: ELVIN VELIYEV;   E-mail: [email protected]

17.07.2012 06:12

Neftcinin kifayet qeder gucu var guclu oyunculari var Pewekar Rehberliyi var.....Onlar oyunu Bezileri kimi pulla almir sen narahat olma

  #1   Adınız: A . Rzayev;   E-mail: [email protected]

17.07.2012 05:24

Rail Məlikov demək istəyirki onlar(Neftçi) çox oyunları pulla alırlar. Bu Azərbaycan üçün yeni xəbər deyil.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail