“Neftçi” çempionluq kubokuna qovuşdu VİDEO

16.07.2012 | 4593 dəfə oxunub

"Neftçi" klubunun bazasında U-15 və U-14 Liqalarının qalibi olmuş müvafiq yaş qrupu üzrə komandaların mükafatlandırma mərasimi keçirilib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, tədbirdə klubun icraçı direktoru Mübariz Xudiyev “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun adından hər iki komanda üzvlərini təbrik edib. Mübariz Xudiyev əldə edilən nailiyyətlərdə klub rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının böyük rolu olduğunu vurğulayıb. Çıxış edən digər klub rəsmiləri növbəti mövsümdə də komandalara uğurlar arzulayıblar. Daha sonra futbolçulara kubok, medal və diplomlar təqdim olunub. U-15 Liqasının bombardiri üçün ayrılmış mükafata da "Neftçi"nin hücumçusu Emil Həsənzadə sahib çıxıb. U-14 komandasının futbolçusu Tural Osmanov isə "ən yaxşı oyunçu" nominasiyası üçün verilən mükafata yiyələnib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail