Fatih Kavlak: “Getdikcə daha yaxşı oyun göstərib, daha yaxşı nəticələr əldə edəcəyik”

16.07.2012 | 5106 dəfə oxunub

“Sloveniyadakı ilk hazırlıq matçını arxada qoyduq. Bu qarşılaşmada məqsədimiz futbolçuların oyun tempinə uyğunlaşması prosesinə start vermək idi. Həm də futbolçuların birlikdə oynamasına, bir-birinə öyrəşməsinə ehtyac var idi ki, sözügedən qarşılaşma bunun başlanğıcı oldu. Stadium.az xəbər verir ki, bu sözləri dünən yoxlama oyununda Çexiyanın “MFK Karvina” klubuna uduzan (0:1) “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib.

Türkiyəli mütəxəssis bildirib ki, məğlubiyyətə baxmayaraq, futbolçular verilən tapşırıqları yerinə yetiriblər: “Oyundan istədiklərimizi aldıq.  Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Amma müəyyən qüsurlar, çatışmazlıqlar da oldu. Belə yoxlama görüşlərini keçirməyimizdə məqsəd məhz bu qüsurları görmək və onları aradan qaldırmaqdır”.

Komandanın yaxşı fiziki durumda olduğunu deyən Kavlak heyətdəki  futbolçuların, xüsusilə də yeni transferlərin onlardan gözlənən performansı ortaya qoyduğunu bildirib: “Komandanın fiziki durumunu bəyəndim. Oyundan bir gün öncə və oyun günü ümumilikdə 3 məşqə çıxmışdıq. Komandadakı bütün futbolçular onlardan gözlədiyimiz performansı ortaya qoydular. Yeni futbolçular da komandaya qısa müddətdə uyğunlaşmaları ilə diqqət çəkdilər. Sanki uzun müddətdi “Qəbələ”də oynayırlar. Matçda bizi mənfi mənada təəccübləndirin hər hansı bir hadisə yaşanmadı. Hər şey istədiyimiz kimi davam və inkişaf edir”.

Baş məşqçi qarşıdakı yoxlama görüşlərində oyun tempinin getdikcə yüksələcəyini və bu matçlarda ideal heyəti müəyyənləşdirəcəklərini söyləyib: “Qarşıdakı oyunlarda temp getdikcə yüksələcək. Taktiki-texniki tapşırıqlarımızı verib bir-biri ilə anlaşan, uyumlu hərəkət edən ideal heyətimizi müəyyənləşdirəcəyik. Getdikcə daha yaxşı oyun göstərib, daha yaxşı nəticələr əldə edəcəyik”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail