“Asteras”ın yeni transferi: “Komandam Azərbaycana mənsiz yollanacaq”

16.07.2012 | 5186 dəfə oxunub

Avroliqanın ikinci təsnifat mərhələsində “İnter”in rəqibi olan Yunanıstanın“Asteras” klubunun yeni transferi Marton Fulop Yunanıstan mətbuatına müsahibə verib. O ilk olaraq Tripoli klubuna keçidindən danışıb.  

- Çox şadam ki, belə bir təşkilatlı komandaya keçdim. Burada peşəkar futbol oynamaq üçün bütün tələblər yerinə yetirilib. Tripolidə ideal şərait də tapdım və qərarımın düzgün olduğuna əminəm.

- Artıq Yunanıstandasız?

- Mən şənbə günü “Asteras”la müqavilə bağladıqdan sonra vətənim Macarıstana qayıtdım. Bu da orada görüləsi işləri tamamlamaq üçündür. Sabah klubun düşərgəsinə yollanıb, 1 gün sonra məşqlərə başlayacam.

- Deməli, “İnter”lə iyulun 19-da ilk matçda oynamayacaqsız...

- Bəli, komandam mənsiz Azərbaycana yollanacaq. Mənə yaxşı fiziki formamı əldə etmək üçün 1-2 həftə vaxt lazımdır. Buna görə də “İnter”lə matçlarda komandama kömək edə bilməyəcəyəm. Ancaq oynamaq üçün darıxıram. Komandada mənim kimi hazırlıqdan kənarda qalan bir neçə futbolçu var.

- Yəqin ki, özünüzə komanda tapdığınız üçün şadsız və “transfer pəncərəsi”nin bağlanmasına qədər gözləmədiz.

- Mən özümü yaxşı hiss edirəm. Karyeramı davam etdirmək üçün klub tapdım. İngiltərədə xidmətimdə maraqlı olan komandalar var idi. Ancaq orada ötən mövsüm uğursuz il keçirdikdən sonra özümü yeni çempionatda sınamaq istədim. Məkanı dəyişməyi arzulayırdım və “Asteras”ın təklifini qəbul etməyimin düzgün olduğuna əminəm.

- Yeni komandanızda çıxışınızdan nə gözləyirsiz?

- Mən oyunuma çox bağlıyam. Fikrimcə, yaxşı qapıçıyam və bunu çoxsaylı azarkeşlərimə göstərəcəyəm. Öz tərəfimdən onları “İnter”lə oyunda stadiona gəlib, bizi dəstəkləməyə dəvət edirəm. Komandamızın çıxış etdiyi Avroliqada çox irəli getməyimizi istərdim. Həmçinin, Yunanıstan Superliqasında yuxarı mövqelərdə yer tutub, liderlər qrupunda qərarlaşmağı arzulayıram.

- Bütün dünya KİV-ində Yunanıstandakı böhrandan yazılır. Burada işsizlik çoxdur, iqtisadiyyat pis vəziyyətdədir və bu, futbola da öz təsirini göstərir. Qərar verərkən bu durumdan qorxmadız?

- Mən bütün bu çətinlikləri bilirəm. Bəzi mənbələr komandadakı vəziyyətdən mənə xəbər verdilər. Bilirəm ki, bir sıra yunan klubları ciddi problemlərlə üzləşiblər. Ancaq “Asteras”da vəziyyət sabit və təhlükəsizdir. Klubun sahibi çox varlıdır. Ona görə də Yunanıstandakı böhran həmin şəxsə ciddi təsir göstərməyib. Futbolçuların məvacibinin ödənilməsi ilə bağlı yubanma yoxdur və klubun 8 min nəfərlik stadionu çox gözəldir. “Asteras” bir neçə il aşağı liqada çıxış etdikdən sonra Avropa Liqasına kimi yüksəlib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail